Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Dost ölkənizin Milli bayramı - Respublika Gününü qeyd etdiyi bir vaxtda Sizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissləri keçirirəm. Fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsini arzulayıram.
Zati-alinizə möhkəm cansağlığı və səadət, ölkənizə, onun dost xalqına tərəqqi və firavanlıq arzulayıram.
Sizə dərin ehtiram bəslədiyimə əmin olan bilərsiniz.
Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabah
Küveyt Dövlətinin Əmiri