Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə tərəqqi və sülh arzu edirəm.
Latviya ilə Azərbaycan arasında həqiqi dostluq, eyni zamanda, konstruktiv əlaqələrin mövcudluğunu qeyd etmək olduqca xoşdur. Əmin olduğumu bildirirəm ki, hazırda çox sıx olan əməkdaşlığımızın bundan sonrakı inkişafı ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edəcək və yaxın illərdə də buna şərait yaradacağıq.
Zati-aliləri, icazə verin, Azərbaycan xalqına ən xoş arzularla əmin-amanlıq diləyim, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim.
Hörmətlə Sizin,
Valdis Zatlers
Latviya Respublikasının Prezidenti