Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Milli bayramı Sizə ən səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və tərəqqi arzularımı çatdırmaq üçün mənə gözəl fürsət verir.
Bu yaxınlarda Bakıya rəsmi səfərim ölkələrimiz arasında strateji tərəfdaşlıq mərhələsinə çatmış ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha açıq şəkildə təsdiq etdi. Bu mənada səfər çərçivəsində strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün imzalanmış Birgə Fəaliyyət Planı razılaşdırılmış əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsinə yönəlmiş real yol xəritəsidir.
Fürsətdən istifadə edərək Rumıniya ilə Azərbaycan Respublikası arasında enerji əməkdaşlığını, xüsusilə də Avropa İttifaqının enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan “Nabucco” və AGRİ regional layihələrini dəstəkləməyinizi alqışlayıram.
Sizin Buxarestə növbəti səfəriniz zamanı baş tutacaq görüşümüzə ümidvar olaraq, hörmətli cənab Prezident, mənim ən böyük ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Trayan Besesku
Rumıniyanın Prezidenti