Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevə
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi keçirirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək Zati-alinizə bildirirəm ki, yeni Tunis qardaş Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək əzmindədir.
Fuad Əl-Mebazaa
Tunis Respublikasının Prezidenti vəzifəsini
müvəqqəti icra edən