AZƏRBAYCAN RESPUBLİKASININŞAHDAĞ MİLLİ PARKININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI
1. İsmayıllı və Pirqulu dövlət təbiət qoruqlarının (21014 ha) və Azərbaycan Respublikasının İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz, Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqlarının (81797 ha) bazasında və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqları da (13084 ha) daxil olmaqla, 115895 ha sahədə Azərbaycan Respublikasının Şahdağ Milli Parkı yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. Azərbaycan Respublikasının Şahdağ Milli Parkının sxemini təsdiq etsin;
2.2. ölkənin həmin regionunun sosial-iqtisadi tələbləri və ətraf mühitin vəziyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikasının Şahdağ Milli Parkının gələcəkdə genişləndirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirləri həyata keçirsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2006-cı il