Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir

Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir

Bakı, 10 iyun (AZƏRTAC). İyunun 10-da Lyublyanada Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk biznes forumda iştirak etmişlər.

Forum iştirakçıları Azərbaycanın və Sloveniyanın dövlət başçılarını hərarətlə qarşıladılar.

Biznes forumda hər iki ölkədən 200-ə yaxın iş adamı iştirak etmişdir.

Forumun keçirilməsindən məqsəd Azərbaycan və Sloveniya iş adamları arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin iqtisadi potensialından yararlanaraq, ticarət dövriyyəsinin səviyyəsini artırmaqdır.

Dövlət başçıları forumda çıxış etdilər.

Sloveniya Prezidenti Danilo Türkün

çıxışı

-Hörmətli Prezident İlham Əliyev, əziz dostum!

Hörmətli qonaqlar, hörmətli dostlar!

Bu gün Azərbaycan-Sloveniya biznes forumunda çıxış etməkdən olduqca məmnunam. Əslində, prezidentliyim dövründə ikinci dəfədir ki, belə mötəbər iclasda çıxış etmək fürsəti mənə nəsib olur.

İki il əvvəl mən bir qrup sloveniyalı iş adamı ilə Bakıya səfər etdim. Bakıda işgüzar dairələrlə çox canlı görüşümüz oldu. Həmin vaxt biz lap başlanğıcdan olduqca perspektivli, yeni, mühüm təşəbbüsləri müzakirə etdik. Onlardan bəziləri artıq öz bəhrəsini vermişdir. Həmin addım əslində başlanğıc nöqtəsi oldu. Qeyd etmək istəyirəm ki, informasiya texnologiyaları və sığorta sahələrində əldə edilən irəliləyiş, bu yaxınlarda başlanmış su elektrik stansiyalarının tikintisi layihəsi bizi həvəsləndirdi. “Korona” şirkəti Azərbaycandakı tərəfdaşları ilə artıq texniki əsaslandırma işlərinə başlamışdır.

Bu, bir daha onu göstərir ki, biz tərəqqini əldə etmişik. Həmin tərəqqi o faktla üst-üstə düşür ki, ticarət əlaqələrimizdə də böyük irəliləyişə nail olmuşuq. Ticarətimiz artır. Ötən il bu sahədəki artım 10 faiz olmuşdur. Bu, yaxşı haldır, çünki 2010-cu il hələ də böhran ili idi. Ümid edirik, ötən il qlobal böhranın son ili oldu. Həmin vaxtdan etibarən gözəçarpan artım müşahidə etməyə başladıq. Burada dinlədiklərimiz göstərir ki, hər iki ölkənin şirkətləri arasında əməkdaşlıq ideyaları forumda səsləndirilir. Bunun üçün möhkəm bünövrə vardır. Planlarımız və ümidlərimiz böyükdür.

Lakin mən, həmçinin bir-biri ilə əməkdaşlıq edən iki dost ölkənin - Azərbaycanın və Sloveniyanın həm biznes, həm siyasi dairələri arasında qurulmuş işbirliyi haqqında daha geniş mənada bir neçə kəlmə söyləmək istərdim.

Biz strateji düşünməliyik və uzunmüddətli perspektivlər haqqında danışmalıyıq. Biz bu faktı da nəzərə almalıyıq - Sloveniya Avropa İttifaqının üzvü və Azərbaycan Avropa İttifaqının tərəfdaşı kimi bir çox səylər göstərməlidilər ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcəyi daha dəqiq formada müəyyən edilsin. Hələ ki, bu sahədə konkret təriflər yoxdur.

Biz, Avropa İttifaqında bu haqda az bilirik və bu, Avropa İttifaqının bütün üzvlərinə aiddir. Biz Azərbaycan haqqında bir çox məlumatları öyrənməliyik, ölkənizdəki imkanlarla tanış olmalıyıq. Bu, əhəmiyyətli və uzunmüddətli məsələdir. Biz tələsməli deyilik. Anlamalıyıq ki, enerji və alternativ enerji mənbələri sahəsində əməkdaşlıqdan başqa, növbəti onilliklər haqqında düşünməliyik. Belə gələcək üçün möhkəm iqtisadi bünövrəni inkişaf etdirməliyik. Məhz bugünkü biznes forum da bu məqsədlərə xidmət edir. Burada hər iki məsələ nəzərdə tutulur: yaranan biznes imkanları və razılaşmalar, həmçinin uzun müddət ərzində bizi lazımi möhkəm əməkdaşlığa doğru aparacaq strategiya.

Sloveniya Avropa İttifaqının üzvləri arasında elə bir ölkə olacaq ki, Siz ona etibarlı dost və maraqları təmin edən tərəf kimi arxalana bilərsiniz. Zənnimcə, Avropa İttifaqının hər bir tərəfdaş ölkəsi lazımi şəkildə qavranılmalıdır və onunla əməkdaşlıq düşünülmüş formada olmalıdır. Əvvəlcədən müəyyən edilmiş modelləri tələsik həyata keçirmək olmaz. Biz yeni modellər üzərində işləməliyik. Ümid edirəm ki, bu biznes forum irəliyə doğru addımların atılmasında uğurlu olacaq və səmimiyyətlə Sizdən nəticələr gözləyirəm. Mən isə, öz növbəmdə, Sizə artıq söz verə bilərəm ki, biz Sloveniyada gəldiyiniz nəticələri çox diqqətlə öyrənəyəcəyik. Uzunmüddətli və möhkəm çərçivənin reallığa çevrilməsi üçün əlimizdən gələni etməyə çalışmalıyıq.

Diqqətinizə görə çox sağ olun. Sizə işinizdə böyük uğurlar arzulayıram.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

-Hörmətli cənab Prezident!

Xanımlar və cənablar, əziz dostlar!

Əvvəlcə, cənab Prezident, mən gözəl ölkənizə səfər etmək üçün dəvətinizə və göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Əslində mən ikinci dəfədir ki, Sizin gözəl ölkənizə səfər edirəm və bir çox dəyişiklikləri görürəm. Bu münasibətlə Sizin hökumətinizi və Lyublyana Şəhər Şurasını aparılmış bir çox abadlıq və şəhər infrastrukturu işlərinə görə təbrik etmək istərdim.

Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Biz əsl dost və tərəfdaşıq. Bu tərəfdaşlığın artıq yaxşı tarixi və çox perspektivli gələcəyi vardır. Çox şadam ki, biznes dairələrinin iqtisadi əlaqələrin gücləndirilməsinə istiqamətlənmiş birgə səyləri ölkələrimizin Sloveniya ilə Azərbaycan arasında tərəfdaşlığın gülcəndirilməsinə yönəlmiş siyasi kursuna uyğundur. Siyasi münasibətlərimiz çox yaxşıdır. Biz ölkələrimiz arasında yüksək səviyyədə və nazirliklər səviyyəsində mütəmadi qaydada məsləhətləşmələr prosesini davam etdiririk. Bizim, həmçinin biznes təmaslarının da inkişaf etdirilməsi üçün yaxşı potensialımız vardır. Hesab edirəm ki, bu gün keçirilən biznes forum sayəsində nəinki ideyalar, həmçinin praktiki nəticələr əldə olunacaqdır.

Azərbaycanın bu gün nümayiş etdirilən biznes imkanları ölkənin iqtisadi inkişaf sahəsində prioritetlərini, qarşımızda duran çətinlikləri, eləcə də biznes imkanlarını aydın şəkildə göstərəcəkdir. Biz xarici sərmayədarlara açıq ölkəyik və uzun illər ərzində bu istiqamətdə apardığımız siyasət çox müsbət olub. Son 15 il ərzində iqtisadiyyatımıza təxminən 100 milyard ABŞ dolları məbləğində sərmayə yatırılmışdır və onların əksər hissəsi qeyri-enerji sektoruna yönəldilmişdir. Mən bunu ona görə deyirəm ki, Azərbaycan neft ölkəsidir, neft-qaz hasilatçısı və ixracatçısıdır. Ölkəmiz bu baxımdan cəlbedicidir. Lakin məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir, Azərbaycanda güclü qeyri-enerji sektorunun və davamlı iqtisadiyyatın yaradılmasıdır.

Hesab edirəm ki, son bir neçə il ərzində iqtisadi inkişaf, liberallaşdırma və biznesin aparılması sahəsində ölkəmizin göstəriciləri məqsədlərimizi aydın şəkildə göstərir. Hətta iqtisadi böhran ilə yadda qalan ən çətin 2008-2009-cu illərdə iqtisadiyyatımız yenə də 14 faiz artmışdır. Həmin il neftin qiymətləri 4-5 dəfə aşağı düşmüşdür. Ümumiyyətlə, son 7 il ərzində ÜDM 3 dəfə artıb, yoxsulluq səviyyəsi 5 dəfə - 49 faizdən 9,1 faizə qədər azaldılmışdır. İşsizliyin səviyyəsi 6 faiz olmuşdur. İnfrastruktura qoyulan sərmayələr və özəl sektora verilən dəstək hazırkı durumu yaratmışdır ki, iqtisadiyyatımız artıq enerji amilindən o qədər də asılı deyildir. Bizim üçün gələcək iqtisadi inkişaf qeyri-enerji sektorunun inkişafı deməkdir, çünki enerji sektorunda bütün əsas hədəflərimizə nail olmuşuq.

Bizim 7 ixrac neft və qaz boru kəmərindən ibarət şaxələndirilmiş şəbəkəmiz vardır. Enerji resurslarımızı müxtəlif istiqamətlərdə ixrac edirik. Avropa İttifaqı ilə gündəliyimizdə olan mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir. Azərbaycan Avropa bazarlarında enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında mühüm bəyannamə imzalanmışdır. Hazırda fəal və səmərəli iş aparan müvafiq işçi qrupu formalaşdırılmışdır. Ümidvaram ki, gələn illər ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığı sahəsində bir çox digər mühüm addımlar atılacaqdır. Bu, inkişafımızın mühüm bir hissəsidir. Əlbəttə, bu, bizim üçün imkanlar açır ki, maliyyə resurslarımızı formalaşdıraq, onları yenidən iqtisadiyyata, təhsilə, sosial infrastruktura və bizim üçün prioritet sahələrə sərmayə kimi yönəldək. Buna görə daxili prioritetlərimizin gündəliyində enerji sektoru böyük rol oynamır. O, əsasən xarici iqtisadi və siyasi münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Ölkə daxilində əsas diqqət yetirdiyimiz sahə iqtisadiyyatın davamlı inkişafıdır.

Kənd təsərrüfatı və aqrar məhsulların emalı sahəsində yaxşı potensialımız vardır. Turizm sahəsini də qeyd etməliyik. Hazırda biz beynəlxalq turizm istirahət zonaları yaradırıq. Biz bu sahədə yaxşı təcrübəsi olan Sloveniya şirkətlərini ölkəmizdə həmin mühüm layihələrdə iştirak etmək üçün dəvət edirik. Yalnız bu il Bakıda və rayonlarda yeni müasir infrastruktura malik beşulduzlu 6 mehmanxana açılacaqdır. İnformasiya texnologiyaları sahəsi bizim üçün prioritetlərdən biridir. Kosmos sənayesini də inkişaf etdirməyə başlamışıq. Çox şadam ki, bizim Sloveniya şirkətləri ilə apardığımız əməkdaşlığın bir sahəsi də məhz informasiya texnologiyaları sektorudur. Əslində, bu sahədəki əməkdaşlıq Bakıda Prezident Türkün iştirakı ilə keçirilmiş birinci biznes forumda qeyd edilmişdir və biz həmin birgə təşəbbüsə dəstək verdik.

Azərbaycanda informasiya texnologiyalarının inkişafı çox sürətlə gedir. Biz bu sektora böyük diqqət yetiririk. Hazırda ölkə əhalisinin 50 faizi internetdən istifadə edir. Gələn illər ərzində bu sektor bizim üçün daxili iqtisadi prioritetlərimizdə çox mühüm rol oynayacaqdır. İqtisadiyyatın şaxələndirilməsi sərmayələrin cəlb edilməsi deməkdir. Xarici sərmayələrin cəlb edilməsində artıq yaxşı təcrübəmiz vardır. Eyni zamanda, bizim çox təfərrüatlı dövlət sərmayə proqramımız vardır və həmin proqram, əsasən infrastruktur layihələrini əhatə edir. Hər il biz infrastrukturun inkişaf etdirilməsinə kifayət qədər maliyyə resursları ayırırıq. Mən Sloveniya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirəm. Bugünkü biznes forumun bir hissəsi Azərbaycandakı konkret biznes sərmayə layihələrinin təqdim edilməsinə həsr olunubdur və yekun hesabat hazırlanıb. Fikrimcə, orada bütün zəruri məlumatlar verilib.

Eyni zamanda, hesab edirəm ki, hökumətimiz tərəfindən maliyyələşdiriləcək layihələri də bilmək maraqlı olardı. Həmin layihələrdə Sloveniya şirkətləri podratçı kimi iştirak edə bilər. Onlar böyük sahələri əhatə edir: yolların, elektrik stansiyalarının tikilməsi, içməli suyun təmin edilməsi, kanalizasiya xətlərinin çəkilməsi, xəstəxanaların və məktəblərin inşası. Həmin layihələr həyatımızın bütün sahələrini əhatə edir. Məqsədimiz ən vacib infrastruktur və sosial infrastruktur layihələrini ikinci inkişaf proqramımızın başa çatdığı vaxtda, yəni 2013-cü ildə həyata keçirməkdən ibarətdir. Gələcəkdə isə ölkənin inkişafı və Azərbaycanda iqtisadiyyatın davamlı artımı növbəti iqtisadi islahatlarımızda əldə edəcəyimiz uğurlardan asılı olacaqdır. Bu gün, iqtisadiyyatda liberallaşdırma səviyyəsi çox yüksəkdir.

Hər iki ölkə bu il müstəqilliyin iyirminci ildönümünü qeyd edəcəkdir. Bildirmək istəyirəm ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxt bazar iqtisadiyyatının ÜDM-dəki payı sıfır faiz idi. İndi isə Azərbaycanda ÜDM-in 80 faizdən çoxu özəl sektorda təmin edilir. Belə halda, həmçinin nəzərə almalıyıq ki, ÜDM-i təşkil edən əsas mənbələr və enerji infrastrukturu dövlət nəzarəti altındadır. Bu o deməkdir ki, özəlləşdirmə, liberallaşdırma prosesi, yerli və xarici biznes dairələri üçün yaxşı şəraitin yaradılması işi düzgün istiqamətdə gedir.

Sloveniya bizim üçün bu regionda dost ölkə və mühüm tərəfdaşdır. Eyni zamanda, Avropa İttifaqının üzvü kimi Sloveniyanın bizim regionda rolu və mövqeyi hər zaman müsbət olub. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri daha da yüksək səviyyədə inkişaf etdirmək istəyirik. Bizim üzv dövlətlərlə ikitərəfli qaydada çox gözəl münasibətlərimiz vardır. Hesab edirəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin belə bir mühüm inkişaf mərhələsində ən vacib məsələ qarşımızda qoyduğumuz hədəfləri və məqsədləri müəyyən etmək, onlara nail olmaq üçün yol xəritəsini hazırlamaq və qarşılıqlı maraq və hörmətə əsaslanan əsl tərəfdaşlıq münasibətlərini qurmaqdır. Bu baxımdan bu proses uğurla davam edəcəkdir. Biz bu inkişafı dəstəkləyirik və əlimizdən gələni edəcəyik ki, bu növ tərəfdaşlığı quraq.

Regionlarımızın bir-birinə daha da yaxın olması üçün göstərdiyi səylərə görə biz Sloveniya tərəfinə və Prezident Türkə olduqca minnətdarıq. Biz Avropa İttifaqı ilə qonşuyuq və tərəfdaşıq. Tərəfdaşlığımız artacaq, siyasi münasibətlər inkişaf edəcək və əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri, - mən nitqimin əvvəlində bunu qeyd etdim, - daha möhkəm rol oynayacaq, çünki bizim resurslarımız vardır. Avropaya alternativ mənbə lazımdır. Biz artıq müəyyən mənada böyük daşıma infrastrukturuna malikik və bu imkanlar daha da artırılmalı və genişləndirilməlidir. Bu sahədə tərəfdaşlıq qurduqdan sonra o, onilliklər boyu davam edəcəkdir.

Cənab Prezident və hörmətli dostlar, mən sizin hamınıza bizə göstərilmiş qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən dünən keçirilmiş danışıqların nəticələrindən və bu gün imzalanmış sənədlərdən məmnunluğumu bildirirəm. Səfərim davam edir. Əminəm ki, səfər və onun nəticələri münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaqdır.

Çox sağ olun.

X X X

Sonra dövlət başçıları Azərbaycan və Sloveniya şirkətlərini təmsil edən iş adamları ilə görüşdülər.

Sloveniyanın biznes dairələrinin nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbətlərində ölkəmizdə baş verən iqtisadi inkişaf prosesləri, biznes və sərmayə mühiti barədə ətraflı məlumat aldılar.

X X X

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilmiş, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır