MƏDƏNİYYƏT
Azərbaycan tarının beynəlxalq müsabiqədə uğuru
Bakı, 3 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin tar ixtisası üzrə X sinif şagirdi Fərid Məmmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “İSTE” DOD II - xalqaro tanlovi” Beynəlxalq müsabiqəsində iştirak edib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə 14 ölkədən 543 ifaçı qatılıb. Təmsilçimiz müsabiqədə Azərbaycan xalq rəqsi “Turacı”, V.Adıgözəlovun “Qərənfil” və A.Rzayevin “Qaytağı”, həmçinin “Çoban bayatı” muğamını, T.Bakıxanovun tar ilə simfonik orkestri üçün 1 saylı konsertinin I hissəsini və özbək xalq musiqisi “Poema” əsərlərini məharətlə ifa edərək laureat adını qazanıb.
Qeyd edək ki, Fərid Məmmədovun müəllimi Əməkdar Müəllim Ramiz Əzizov, konsertmeysteri isə Svetlana Əhmədovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]