Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətində Beynəlxalq müəllimlər günü qeyd olunmuşdur
Bakı, 3 oktyabr (AZƏRTAC). Xarkovdakı Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin Mədəni-Təhsil Mərkəzində 5 oktyabr - Beynəlxalq müəllimlər gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
AZƏRTAC Cəmiyyətin rəsmi saytına istinadla xəbər verir ki, təhsil işçilərinin və məktəblilərin iştirak etdikləri tədbirdə yeni nəslin yetişməsində müəllimin rolu haqqında ətraflı məlumat verilmişdir. Bu sənətin tarixən ən şərəfli peşələrdən biri olduğu nəzərə çatdırılmışdır.
Sonda cəmiyyətin sədri Murad Ömərov tədbirdə iştirak edən müəllimləri gül dəstələri ilə təbrik etmişdir. Şagirdlər isə bayram tortuna qonaq edilmişlər.