Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN VƏ ABŞ-IN MÜDAFİƏ NAZİRLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI

Ölkəmizdə səfərdə olan ABŞ-ın müdafiə naziri Donald Ramsfeld və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dekabrın 3-də Prezident sarayında kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirmişlər.

Müdafiə nazirləri əvvəlcə bəyanatlarla çıxış etdilər.

ABŞ-IN MÜDAFİƏ NAZİRİ DONALD RAMSFELDİN

B Ə Y A N A T I

- Mən burada olmağımdan çox məmnunam. Artıq ikinci dəfədir ki, ABŞ-ın müdafiə naziri kimi Azərbaycana gəlirəm.

Cənab Səfər Əbiyevlə Brüsseldə görüşmüşəm və bir az əvvəl onunla yenidən görüş keçirmişik. Biz indicə Prezident İlham Əliyevlə görüşdə iştirak edirdik. Qlobal terrorizmə qarşı mübarizədə bizə göstərdiyi dəstəyə görə mən Prezident Buşun və Amerika xalqının adından Azərbaycana minnətdarlığımı bildirirəm. Biz NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq məsələsini müzakirə etdik. Bu, həm NATO, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir.

Biz, eləcə də ikitərəfli hərbi əməkdaşlıq, Xəzər dənizində sərhədlərin möhkəmləndirilməsi məsələlərini müzakirə etdik. Qarşıdakı illərdə bu əməkdaşlığı daha da genişləndirməyi və möhkəmləndirməyi nəzərdə tuturuq.

AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ SƏFƏR ƏBİYEVİN

B Ə Y A N A T I

- Hörmətli xanımlar və cənablar!

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri cənab Donald Ramsfeldin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycanda səfərdədir. Bir qədər əvvəl biz görüş keçirmişik və regional təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, neft-qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi, ABŞ və Azərbaycan arasında əməkdaşlığın inkişafı məsələlərinə dair fikir mübadiləsi aparmışıq. Biz risk və təhlükələrin qiymətləndirilməsində vahid yanaşmaların hazırlanmasının əməkdaşlığımızın öncül istiqamətləri kimi qalması barədə razılıq əldə etdik, habelə beynəlxalq terrorizmi və təcavüzkar separatizmi qətiyyətlə pislədik və bütövlükdə bəşəriyyət üçün təhlükə doğuran bu təzahürlərlə mübarizədə səylərimizin birləşdirilməsinin zəruriliyini bir daha vurğuladıq.

Bununla yanaşı, qeyd edildi ki, Cənubi Qafqazda davam edən gərginlik, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal olunmuş torpaqlarda cəzasızlıq və özbaşınalıq, eləcə də təcavüzkarın hərbi potensialının genişləndirilməsində bəzi dövlətlərin yardımı münaqişənin həlli prosesini uzadır. Bu da Azərbaycanın və digər ölkələrin təhlükəsizliyinə yeni təhdidlər yaradır. Azərbaycanın qarşılaşdığı problemlər Qafqaz regionunda vəziyyətin sabitləşməsində maraqlı olan ölkələrlə birlikdə həll edilməlidir.

Görüş zamanı biz ölkələrimizin silahlı qüvvələrində baş verən proseslər barədə bir-birimizi məlumatlandırdıq. Qeyd olundu ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıq və strateji tərəfdaşlıq hər iki tərəfin maraqlarına cavab verir. Ölkələrimizin silahlı qüvvələri arasında sıx əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi sülh və sabitliyin möhkəmləndirilməsi işinə bundan sonra da əhəmiyyətli töhfə verə bilər.

X X X

Sonra ABŞ-ın və Azərbaycanın müdafiə nazirləri jurnalistləri maraqlandıran suallara cavab verdilər.

SUAL: Cənab Ramsfeld, dünyanın bəzi yerlərində ABŞ-ın hərbi qüvvələrinin yerləşdirilməsi ilə bağlı Vaşinqtonda müzakirələr aparılır. Azərbaycanda bu hərbi qüvvələrin yerləşdirilməsi planlaşdırılırmı? Bakıda bu məsələ ilə bağlı müzakirələr aparıldımı?

DONALD RAMSFELD: Mən bu suala belə cavab vermək istərdim. Son iki ildə bu məsələ ilə bağlı müzakirələr aparmışam. Bu konsepsiya hələ ki, öz yekun nəticəsini tapmamışdır. Konsepsiyanın məğzi ondan ibarətdir ki, biz geniş qüvvələr əvəzinə, çevik qüvvələrin yerləşdirilməsini nəzərdə tuturuq. Bu, XXI əsrdə bizim qarşımıza qoyduğumuz məsələlərin həllinə kömək edəcəkdir. Bu qüvvələr daimi yerləşdirmədən fərqli olaraq, çevik hərəkətə gətirilmə üzrə tapşırıqları yerinə yetirə biləcəkdir. Biz hazırda koalisiyadakı tərəfdaşlarımız və tərəf-müqabillərimizlə məsləhətləşmələr aparırıq. Bu prosesin başlanması haqqında bəyanat verilsə də, hər hansı bir konkret nəticədən danışmaq hələ çox tezdir.

SUAL: Siz Azərbaycandakı prezident seçkilərini necə qiymətləndirirsiniz? Sizcə, bu nəticələr iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa təsir edə bilərmi?

DONALD RAMSFELD: Bildiyiniz kimi, bizim Azərbaycanla həm hərbi, həm də siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. Şübhəsiz ki, biz ölkənin yeni rəhbərliyi ilə bu əməkdaşlığı davam etdirmək niyyətindəyik.

SUAL: Cənab Ramsfeld, neçə ildir ki, Dağlıq Qarabağı işğal altında saxlayan və BMT qətnamələrini yerinə yetirməyən Ermənistana, separatçı rejimə qarşı bizim müttəfiqimizin fəallaşacağını gözləmək olarmı?

DONALD RAMSFELD: Yəqin ki, sizin sualınızı daha çox Dövlət Departamentinə aid etmək lazımdır. Mənim bildiyimə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri vaxtaşırı toplaşaraq bu məsələni müzarkirə edirlər. Bu suala həmin çərçivədə cavab verməyim düzgün olardı. Bildiyimə görə, həmsədrlər ilin axırına qədər Bakıda olmalıdırlar.

SUAL: İlk sualım cənab Əbiyevədir. Deyə bilərsinizmi, sizin Amerika silahlı qüvvələrinə burada yol açmaq niyyətləriniz nə qədər ciddidir və Amerika hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi barədə mövqeyiniz nədən ibarətdir? İkinci sualım cənab Ramsfeldədir. Siz dediniz ki, ABŞ Xəzərdə su sərhədlərinin qorunması məsələsində əməkdaşlıq etmək fikrindədir. Bu əməkdaşlıq nədən ibarət olacaqdır?

SƏFƏR ƏBİYEV: Demək istərdim ki, Azərbaycanın Müdafiə Nazirliyi bu məsələ üzərində işləyir. Ancaq şübhəsiz ki, qərar qəbul etmək bizim səlahiyyətimizə aid deyildir. Ola bilər ki, bir neçə müddətdən sonra Azərbaycan hökuməti bu işə baxsın. Nəticəsi barədə isə mən heç bir şey deyə bilmərəm.

DONALD RAMSFELD: Xəzərdə əməkdaşlıq və dəniz sərhədlərinin qorunması, habelə enerji layihələrinin mümkün terror aktlarından qorunması məsələsində biz Azərbaycan tərəfi ilə əməkdaşlığımızı davam etdirəcəyik. Bizim yardımımız Azərbaycanın sərhədlərinin mühafizəsi qabiliyyətini artırmış olardı. Eləcə də narkotiklərin qeyri-qanuni daşınması sahəsində də öz köməyimizi göstərəcəyik. Həmin məsələ bu yaxınlarda Bakıda müzakirə olunmuşdur.

SUAL: Birləşmiş Ştatların Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığın genişləndirilməsinə münasibəti necədir?

DONALD RAMSFELD: Yenə də təkrar etmək istəyirəm ki, bu, Dövlət Departamentinə aid bir məsələdir. Digər tərəfdən, Rusiya özü də Minsk qrupunun həmsədrlərindən biridir. Şübhəsiz ki, Amerikanın Bakıdakı səfiri tez-tez bu suallarla üzləşir. Yalnız onu qeyd etmək istərdim ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ona hörmət edir.

SUAL: Siz Rusiya bazalarının Gürcüstanda yeni reallıqlar zəminində perspektivlərini necə qiymətləndirirsiniz? Bununla əlaqədar Rusiya və Gürcüstanla məsləhətləşmələr aparılacaqmı?

DONALD RAMSFELD: Bu həmin məsələlərdəndir ki, biz onu əvvəllər də, bu gün də müzakirə etmişik. Digər ölkələr kimi, bizim də mövqeyimiz ondan ibarətdir ki, biz Gürcüstanda vəziyyətin sabitləşməsini istəyirik.

SUAL: Hörmətli nazir, Türkiyə üçün də dost və qardaş ölkə olan Azərbaycana xoş gəlmisiniz. Türkiyə ABŞ-ın önəmli müttəfiqlərindəndir. İstanbulda sonuncu dəfə törədilmiş terror aktlarını necə qiymətləndirirsiniz? Avropa ölkələri bu hadisədən sonra Türkiyəni təhlükəli dövlət elan etdilər. ABŞ da bunu bu cür dəyərləndirirmi?

DONALD RAMSFELD: Terror aktları hər bir ölkədə və istənilən vaxt baş verə bilər. Bundan müdafiə olunmaq, həqiqətən, çox çətindir. Türkiyə də bu baxımdan istisna deyil və orada da günahsız insanlar terrorun qurbanı ola bilər. Türkiyə bizim NATO-da tərəf-müqabilimiz və qlobal terrorizmə qarşı mübarizədə çox mühüm müttəfiqimizdir. Biz də Türkiyədə baş vermiş terror aktları nəticəsində həlak olanlarla bağlı dərin hüzn keçiririk. Ümidvarıq ki, cinayətkarların həbsi barədə xəbərlər düzgündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər