Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan və Fələstin prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Azərbaycan və Fələstin prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Bakı, 28 iyun (AZƏRTAC). İyunun 28-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Prezident,

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fələstin Dövlətinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Mən dəvətimi qəbul etdiyinizə və Azərbaycana gəldiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır.

Əlaqələrimiz inkişaf edir. Xalqlarımız arasında əlaqələrin böyük tarixi vardır. Əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıbdır. Münasibətlərimizin indiki mərhələsində ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanlar vardır. Biz istəyirik ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin və bu inkişaf hər bir istiqamətdə özünü göstərsin.

Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Bir neçə ay bundan əvvəl Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi öz işinə başlamışdır. Bu da çox mühüm hadisədir. Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar müəyyən ediləcəkdir.

Biz çox istəyirik ki, iqtisadi sahədə də yaxşı əməkdaşlıq edək və əminəm ki, səfər zamanı bu məsələlər də nəzərdən keçiriləcəkdir. Hesab edirəm ki, səfər zamanı iqtisadi əməkdaşlığın dərinləşməsi və investisiya qoyuluşunun təşkili üçün konkret təkliflər irəli sürüləcəkdir.

Humanitar sahədə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Mədəniyyət sahəsində təbii ki, ənənəvi əlaqələrin yeni formaları haqqında düşünmək olar. Bir sözlə, hesab edirəm ki, Sizin səfəriniz zamanı ikitərəfli əlaqələrin bütün istiqamətləri müzakirə mövzusu olacaq və biz yaxşı nəticələrə nail olacağıq.

Bu gün biz, eyni zamanda, regional məsələlər və dünyada gedən proseslər haqqında fikir mübadiləsi apardıq. Sizinlə çox geniş şəkildə Fələstin-İsrail danışıqlarının indiki mərhələsi ilə əlaqədar fikir mübadiləsi apardıq. Bir daha demək istəyirəm ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıbdır. Dünya miqyasında Fələstin Dövlətinə verilən dəstək və bu dəstəyin artması onu göstərir ki, Sizin diplomatiyanız, siyasi təşəbbüsləriniz, şəxsən Sizin fəaliyyətiniz dünya miqyasında çox böyük rəğbətə malikdir.

Bu gün, eyni zamanda, regionda baş verən hadisələr haqqında fikir mübadiləsi apardıq. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son mərhələsi haqqında Sizə məlumat verdim. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulubdur. Bir milyondan artıq qaçqınımız, köçkünümüz vardır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılar doğma torpaqlarında etnik təmizləmə siyasətinə məruz qalmışlar. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Məktəblər, xəstəxanalar, muzeylər, tarixi abidələrimiz, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb.

Beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə göstərilir ki, Ermənistanın işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatların mövqeyi də oxşardır. İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT buna oxşar qərar və qətnamələr qəbul etmişlər.

Beləliklə, məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər möhkəmdir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək.

Bir daha, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bir daha qeyd etmək istəyirəm ki, biz bu səfərə çox böyük əhəmiyyət veririk. Bu səfər ölkələrimizin tarixində birinci səfər kimi qalacaqdır. Amma, əlbəttə ki, bundan sonra da səfərlər olmalıdır, həm nazirlər səviyyəsində, həm də biznes qurumları bir-biri ilə daha da yaxşı işləməlidirlər. Əminəm ki, biz Sizinlə bundan sonra görüşəcəyik.

Bir daha xoş gəlmisiniz.

X X X

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın

bəyanatı

-Çox sağ olun, cənab Prezident İlham Əliyev! Təşəkkür edirəm!

Bu qardaş ölkənin ziyarətinə dəvət etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hökumətinizə, xalqınıza, ölkənizə Fələstin probleminin həllinə, onun öz istiqlaliyyətini, azadlığını əldə etməsi və müstəqil dövlət yaratması üçün göstərdiyiniz dəstəyə, yardıma görə təşəkkür edirəm. Paytaxtı müqəddəs Qüds olan, o Qüds ki, biz onu İslamın üç müqəddəs yerlərindən biri hesab edirik. Onlardan birincisi - Qüds şəhəri, ikincisi - Mədinə, üçüncüsü - Məkkədir.

Cənab Prezident! Biz Sizin hökumətlə hazırda əlaqələrin qurulmasının başlanğıcındayıq. Bütün sahələrdə əməkdaşlığın qurulmasının başlanğıcındayıq. Ümid edirəm ki, gələcəkdə bu əlaqələri inkişaf etdirmək üçün Sizin yardımınızı görəcəyik.

Cənab Prezident, bizə göstərdiyiniz yardıma və Fələstin səfirliyi üçün binanın verilməsinə görə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, səfirin özü üçün yaşayış binası və lazımi dəstəyə görə təşəkkürümü bildirirəm. Bunu biz özümüz də yüksək qiymətləndiririk, xalqımız da yüksək qiymətləndirir.

Biz Azərbaycan Respublikasına fəxrlə baxırıq. Bilirik ki, 1918-ci ildə ilk demokratik respublika burada qurulmuşdur. Bu, o deməkdir ki, Siz demokratiya yolunda yaşlılardan hesab olunursunuz, Siz başqalarına demokratiya öyrədirsiniz. Bu, böyük işdir. Eyni zamanda, bilirik ki, 1918-ci ildən etibarən Azərbaycan qadını səsvermə hüququna malikdir. Siz demokratiya yolu ilə irəliləyirsiniz. Bizim aramızda ümumi oxşarlıqlar vardır. Biz də, eyni zamanda, demokratiya yolu ilə gedirik. Bizdə də qadın səs verir, seçir və seçilir. Onlar hər yerdə öz layiqli yerlərini tuturlar, eyni zamanda, bələdiyyələrdə. Burada məqsəd odur ki, gender bərabərliyi təmin olunsun. Qadın hüququnun bərabərliyi məsələsində biz sizdən müəyyən dərəcədə öyrənirik.

Biz cənab Prezident ilə Fələstin məsələsini müzakirə etdik. Bu, siyasi məsələdir. Cənab Prezident ilə danışıqlar zamanı əmin etdim ki, birinci, ikinci və üçüncü yolumuz sülh yoludur, sülh danışığından keçir. Biz deyirik ki, bütün yollar sülhə aparır. Dünya bu məsələdə bizimlə razılaşır. Əgər İsrail hökuməti beynəlxalq səviyyədə 1967-ci il sərhədlərinə qayıtsa, biz onlarla sülhə gəlmək üçün danışıqlara getməyə hazırıq. Amma çox təəssüflər olsun ki, bunu bacarmadıq. Ona görə də dedik ki, gəlin BMT-yə müraciət edək. Qoy onlar bizə desin ki, 63 ildən artıq işğal altında yaşayan xalq nə etməlidir?! Biz ən azı istiqlaliyyət arzu edirik. Biz bu iş üzərində işləyirik. Əgər uğur qazanmasaq, onda BMT-yə müraciət edəcəyik.

Eyni zamanda, bizim daxili problemlərimiz də vardır. Amma biz bu məsələ üzərində işləyirik. Allahın köməyi ilə biz milli birlik haqqında sənəd imzalamışıq, bəzi addımlar atmışıq. Bu milli birlik sayəsində indi Fələstin hökumətinin yaradılması istiqamətində çalışırıq. Allahın köməyi ilə ən yaxın zamanda biz bu məsələdə məqsədlərimizə çatarıq.

Burada müştərək problemlər vardır. Sizdə də, bizdə də. Sizin də torpaqlarınız işğal altındadır. Sizdə də, bizdə də qaçqınlar vardır. Sizin haqqınızda BMT-nin məlum dörd qətnaməsi vardır - 822, 853, 874 və 884 saylı qətnamələr. BMT-nin bu dörd qətnaməsinin hamısı sülhə çağırır. Bizim haqqımızda isə BMT-nin 15 və daha artıq qərarı vardır. Bu qətnamələr də sülhə çağırır. Amma biz səbir edirik ki, bu problemlərə sülh vasitəsilə son qoyulsun. Biz bu sülhün səmərəsindən istifadə edə bilək.

Biz son vaxtlar Kazanda olan görüşü izlədik. Bu problemin həll olunması üçün Rusiya, Fransa və ABŞ-ın mövqeyini də izlədik. Bu da dünyanın bu problemə olan marağının göstəricisidir. Amma biz deyirik ki, bu problemləri bu gün həll etmək sabah həll etməkdən daha yaxşıdır. Ona görə də heç kim sabahkı həllə təminat verə bilməz. Arzu edirik ki, Dağlıq Qarabağ problemi, qaçqınlar problemi həll olunsun. Biz beynəlxalq qanunlardan artıq heç nə tələb etmirik. Bizim problemlərimiz müştərəkdir. Arzu edirik ki, onlar həll olunsun. Arzu edirik ki, sülh bu torpaqlarda bərqərar olsun. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində yaşasınlar.

Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Ümid edirik ki, cənab Prezident onun üçün münasib olan vaxtda Fələstini ziyarət edəcəkdir. Arzu edirik ki, bu ziyarətlər, bu səfərlər təkrar olunsun.

Diqqətinizə görə təşəkkür edirik.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya uğrunda həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik