Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası və Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Polşanın iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak və onların rəhbərlik etdikləri komissiyanın hər iki tərəfdən olan üzvləri iştirak ediblər.

İclas iştirakçılarını səmimi salamlayan nazir K.Heydərov, ilk növbədə, Hökumətlərarası Komissiyanın növbəti iclasının işində uğurlar arzulayıb.

Nazir bildirib ki, tarixi köklərə və xoş ənənələrə malik olan Azərbaycan-Polşa münasibətləri müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin hazırkı vəziyyətinin məmnunluq doğurduğunu bildirən K.Heydərov iqtisadi əlaqələrimizə təkan vermək, ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün əlverişli şəraitin mövcud olduğunu diqqətə çatdırıb. İki ölkə liderlərinin - Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında keçirilmiş səmərəli görüşlər və mövcud qarşılıqlı siyasi etimad ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün möhkəm əsaslar yaradıb. Bu çərçivədə ölkələrimiz arasında müxtəlif sənaye sahələri üzrə istehsal müəssisələrinin yaradılması, o cümlədən nəqliyyat və logistika, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, əczaçılıq və s. sahələrə investisiyaların yatırılması əməkdaşlığın inkişafına və ikitərəfli əlaqələrin daha da dərinləşməsi və şaxələnməsinə öz töhfəsini verəcək. 2018-ci ildən Varşavada Azərbaycan Ticarət Evinin fəaliyyət göstərdiyini xatırladan nazir “Made in Azerbaijan” brendinin Polşa bazarında təşviqi, həmçinin Azərbaycan məhsullarının Mərkəzi və Şərqi Avropada tanıdılması baxımından Ticarət Evinin əhəmiyyətini qeyd edib.

K.Heydərov Azərbaycanda beynəlxalq yük daşımalarına imkan verən müasir nəqliyyat infrastrukturunun formalaşdırıldığını vurğulayaraq, ikitərəfli Komissiya tərəfindən yaradılmış Nəqliyyat və logistika üzrə Polşa-Azərbaycan işçi qrupunun bu ilin martında Bakıda keçiriləcək ikinci iclası çərçivəsində beynəlxalq yük daşımalarla bağlı iki ölkənin tranzit potensialından tam istifadə edilməsi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviqi sahəsində birgə tədbirlərin davam etdiriləcəyinə əminliyini bildirib.

Nazir, həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, bu ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Polşa iş adamlarını, biznes dairələrini və sərmayəçilərini buraya investisiya yatırılmasına dəvət edib.

Bundan əlavə, 2021-ci ilin 1 iyulunda Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir K.Heydərov Polşa biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Polşa sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Hökumətlərarası Komissiyanın həmsədri Polşanın iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak Komissiyanın iclasının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Q.Pexoviak ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinə diqqət çəkərək, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini xatırladıb. Qonaq Avropa İttifaqının ən böyük və ən dinamik inkişaf edən ölkələrindən biri olan Polşa və Cənubi Qafqazın ən böyük ölkəsi, dünyanın strateji əhəmiyyətli coğrafi zonasında yerləşən Azərbaycan arasında müxtəlif istiqamətlər, o cümlədən logistika və nəqliyyat, energetika, tikinti, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, agrotexnologiya, tibb və əczaçılıq, IT sənayesi və s. üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsində müsbət tendensiyanın müşahidə edildiyini xatırladan Q.Pexoviak qarşılıqlı ticarətin daha da dinamik inkişaf edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Azərbaycanda olduqları müddətdə müxtəlif görüşlərin keçiriləcəyinə, həmin görüşlərin də səmərəli olacağına əminliyini bildirən polşalı həmsədr martın əvvəlində Bakıda təşkil olunacaq Polşa-Azərbaycan işçi qrupunun görüşündən müsbət nəticələrin gözlənildiyini vurğulayıb.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

Sonda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak imzalayıblar.

Həmçinin, iclas çərçivəsində “Ələt Azad İqtisadi Zonası (AFEZ) ilə Wałbrzych xüsusi iqtisadi zonası arasında Niyyət Razılaşması” imzalanıb. Sənədi Azərbaycan tərəfindən Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Polşa tərəfindən Valbruh Xüsusi İqtisadi Zonasının icraçı direktoru Mariuş Tomçak imzalayıblar.

Qeyd edək ki, ölkəmizə səfəri çərçivəsində Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviakın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın iqtisadi sahə üzrə bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO