AZƏRBAYCAN VƏ UKRAYNA İŞ ADAMLARININ BİZNES FORUMU KEÇİRİLMİŞDİR
Konfederasiyanın prezidenti Ələkbər Məmmədov Ukraynanın Sənayeçilər və Sahibkarlar İttifaqı ilə bağlanmış əməkdaşlıq protokoluna əsasən bu cür forumların müntəzəm keçirildiyini, bugünkü tədbirə Ukraynadan 60 iş adamının qatıldığını bildirmişdir. 2005-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 259 milyon ABŞ dolları məbləğındə olduğunu xatırladan natiq, iqtisadi əlaqələrin inkişafı baxımından bu cür forumların əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Açılış mərasimində Ukrayna və Azərbaycan iş adamları ölkələrimiz arasında ticarət dövriyyəsini xarakterizə edən rəqəmlərin onları qane etmədiyini vurğulamışlar. Bildirmişlər ki, münasibətlər daha da genişləndirilib inkişaf etdirilməlidir. Onlar əlaqələrin inkişafında biznes forumlarının rolunu xüsusi qeyd etmişlər.
Sonra ikitərəfli görüşlər olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:27]
Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb
- 13.10.2026 [12:17]
Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib
- 13.10.2026 [12:11]