Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsert
Bakı, 29 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən bayram konserti olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzlə birgə reallaşdırılan konsert proqramı Fəvvarələr meydanında keçirilib.
Konsertdə respublikanın tanınmış müğənniləri Yaşar Yusub, Günay İbrahimli, Əbdül Xalid, Leyla Ramazanlı, Aynur Dadaşova, Çinarə Bəkirova, Sami Oruc, Həmidə Hüseyn, Səbinə Əsgərova, Könül Şıxəliyeva, habelə “Səma” rəqs ansamblı çıxış edib.