AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ MƏRAKEŞDƏ RƏSMİ QƏBUL TƏŞKİL EDİLMİŞDİR
Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, qurum paytaxt Rabatda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Qəbulda Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri, parlament üzvləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin, sabiq Baş nazir Abdelhadi Nari, Məğrib Ərəb İttifaqının baş katibi H.Yahya, Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin baş direktoru A.Raşdi, diplomatlar, ictimaiyyətin nümayəndələri və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak etmişlər.
Azərbaycanın və Mərakeşin dövlət himnləri səsləndikdən sonra XİN-in baş katibi Ömər Hilal Mərakeş Kralı VI Məhəmmədin Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təbriklərini çatdırmış, iki ölkə arasında ikitərəfli əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini vurğulamış və dost Azərbaycan Respublikasının daha da çiçəklənməsini arzulamışdır.
28 may - Respublika günü münasibətilə yerli KİV-də Kral VI Məhəmmədin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu dərc olunmuşdur. Kral öz məktubunda Azərbaycan xalqını və Prezident İlham Əliyevi bu mühüm gün münasibətilə təbrik etmiş və iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsindən məmnun olduğunu vurğulayaraq, gələcəkdə ikitərəfli faydalı əməkdaşlığın daha da yüksək səviyyələrə çatacağına ümidvar olduğu bildirilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]