AZƏRBAYCAN XƏZƏRİN STATUSU MƏSƏLƏSİNİN YAXIN ZAMANLARDA HƏLLİNİ TAPACAĞINA ÜMİD EDİR
O, eyni zamanda, Bakıda Türkmənistanla da görüş keçirildiyini və Aşqabadda növbəti beştərəfli görüşdə Xəzər dənizində ortaq xəttin koordinatlarının müəyyən olunması istiqamətində Azərbaycanla Türkmənistan arasında ekspertlər səviyyəsində müzakirələrə dair razılıq əldə olunduğunu bildirmişdir.
Xələf Xələfov demişdir ki, bütün bu danışıqlar yaxın zamanlarda məslənin həllinə dair bizdə böyük ümidlər yaradır. Onun sözlərinə görə, məsələnin həlli bir çox yeni layihənin həyata keçirilməsinə yol aça bilər. Bu baxımdan həm Azərbaycan, həm də ölkəmizin tərəfdaşları problemin müsbət həllində maraqlıdır. İnanıram ki, İran və Türkmənistan tərəfləri də məsələnin danışıqlar yolu ilə başa çatmasında, ümumi razılaşmanın əldə olunmasında maraqlıdırlar. Ona görə də biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]