Azərbaycan yığmasının rəqibi Makedoniya milli komandasının heyəti açıqlanmışdır
Bakı, 13 noyabr (AZƏRTAC). İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibi Makedoniya milli komandasının heyəti açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, noyabrın 15-də millimizi qəbul edəcək Makedoniya yığmasına “Avro-2015”-in seçmə mərhələsinin görüşü üçün 24 futbolçu cəlb edilmişdir.
Əsasən ölkə xaricində legioner həyatı yaşayan futbolçulardan qurulan rəqibimizin heyətində İspaniya nəhəngləri “Real” və “Barselona”nın da oyunçuları vardır.
Makedoniya millisinin heyətində qapıçılar - Stole Dimitriyevski (“Qranada”, İspaniya), Deni İliyev (“Arsenal”, İngiltərə), Andrey Yefremov (“Metalurq”), müdafiəçilər - Ezqyan Alioski (“Şafhauzen”, İsveçrə), Stefan Aşkovski (“Doni Srem”, Serbiya), Kristian Draqarski (“Pelister”), Visar Musliu (“Renova”), Dino Naydoski (“Rabotniçki”), Stefan Ristovski (“Latina”, İtaliya), Kristiјan Toşevski (“Teteks”), Ѓoko Zaykov (“Rabotniçki”), Leonard Yuta (“Hakken”, İsveç), Aleksandre Damçevski (“Kriens”, İsveçrə), yarımmüdafiəçilər - David Babunski (“Barselona B”, İspaniya), Martin Blajevski (“Vardar”), Besmir Boyku (“Makedoniya”), Mitsevski Darko (OFK, Serbiya), Filip Naumçevski (“Horizont Turnovo”), Boban Nikolov (“Vitorul”, Rumıniya), hücumçular - Dorian Babunski (“Real”, İspaniya), Marian Radevski (“Metalurq”), Aleksandar Traykovski (“Mexelen”, Belçika), Darko Velkovski və Kire Markoski (hər ikisi “Rabotniçki”) yer almışlar.