İDMAN
Azərbaycan yığmasının Xorvatiya və Litva milliləri ilə oyunlar üçün heyəti müəyyənləşib
Bakı, 13 mart, AZƏRTAC
Futbol üzrə “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.
Millinin heyətinə Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Ömər
Buludov (“Neftçi”), Bədavi Hüseynov, Rahil Məmmədov (hər ikisi “Qarabağ”), Anton
Krivotsyuk (“Neftçi”), Təmkin Xəlilzadə (“Sabah”), Şəhriyar Rəhimov (“Səbail”), Qara
Qarayev, Riçard Almeyda (hər ikisi “Qarabağ”), Eddi İsrafilov (“Alcorcon”, İspaniya), Emin Mahmudov (“Neftçi”), Əli Babayev, Aleksey İsayev (hər ikisi “Sumqayıt”), Dmitri
Nazarov (“Erzgebirge Aue”, Almaniya), Mahir Mədətov (“Qarabağ”), Namiq Ələsgərov
(“Neftçi”), Araz Abdullayev (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen Münster”, Almaniya) və Mirabdulla Abbasov (“Neftçi”) dəvət olunub.