Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır

Azərbaycanda əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır

Bakı, 17 iyul (AZƏRTAC). Bu ilin birinci yarısında respublikamızda 559834 ailə üzvü olan 128025 ailəyə, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 12076 nəfər ailə üzvü olan 3014 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin ailələrdən 76,5 faizi (97947 ailə) təkrar, 23,5 faizi (30078 ailə) isə ilk dəfə ünvanlı sosial yardım alanlardır. Hesabat dövründə ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133,06 manat, bir ailə üzvünə düşən orta aylıq məbləği isə 30,43 manat təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 17-də sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi və dövlət sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində cari ilin altı ayında görülmüş işlərə dair keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev geniş söhbət açdı.

Ünvanlı dövlət sosial yardım

proqramının icrası

Çingiz Əliyev məlumat verdi ki, ünvanlı sosial yardımın təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması məqsədilə bu yardımları alanların adlı siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib.

Cari ilin birinci yarısında Prezident İlham Əliyev tərəfindən əhalinin, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının sosial təminatının daha da gücləndirilməsi məqsədilə növbəti Fərman və sərəncamların imzalandığını diqqətə çatdıran Ç.Əliyev bu mühüm dövlət sənədlərinin yüksək səviyyədə icrasının diqqət mərkəzində saxlanıldığını vurğuladı.

Xidmət rəisi habelə rayon və şəhərlərdəki əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, ayrı-ayrı sosial təminat növləri üzrə əhaliyə xidmətlərin göstərilməsi sahəsində şəffaflığın təmin olunması və mənfi halların aradan qaldırılması, bu sahəyə nəzarət mexanizminin gücləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası və digər istiqamətlərdə məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırdı.

Bildirildi ki, vətəndaşlardan daxil olmuş məlumatların araşdırılması zamanı 12 rayonda aztəminatlı və ünvanlı sosial yardım almaq hüquqları olmayan, ümumilikdə, 647 ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710310 manat vəsait xərcləndiyi aydın olub. Həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş vəsaitin 344571 manatı və ya 48,5 faizi büdcəyə qaytarılıb.

Aylıq və birdəfəlik sosial müavinətlər

Mətbuat konfransında məlumat verildi ki, bu il 1 iyul tarixinə respublika əhalisinin 4,2 faizinə və ya 358293 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub. Həmin şəxslərin 266570 nəfəri (74,4 faiz) aylıq, 91723 nəfəri isə (25,6 faiz) birdəfəlik sosial müavinətlə təmin edilib.

Bildirildi ki, çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Fərmanına əsasən, 2014-cü il yanvarın 1-dən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli Fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği bu il aprelin 1-dən 21,6 faiz artırılaraq 37 manatdan 45 manata çatdırılıb. Bu artım, ümumilikdə, 52959 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Prezident təqaüdlərinin təyinatı

Xidmət rəisi bildirdi ki, dövlətimiz və xalqımız qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə dövlətimizin başçısının müxtəlif Fərman və sərəncamlarına əsasən, Prezident təqaüdləri təyin olunmuş şəxslərin sayı hazırda 50 min nəfərə yaxındır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli Fərmanına əsasən, I qrup əlilliyə görə sosial müavinət alan 14904 nəfərə də bu il aprelin 1-dən etibarən aylıq 60 manat məbləğində Prezident təqaüdü təyin olunaraq ödənilir. Bununla da həmin şəxslərə I qrup əlilliyə görə aylıq 67 manat və eyni zamanda, aylıq 60 manat Prezident təqaüdü, ümumilikdə, 127 manat ödənilir ki, bu da yaşayış minimumunu üstələyir.

Diqqətə çatdırıldı ki, hesabat dövründə müharibə əlillərinin sosial müdafiəsi daha da gücləndirilib. Dövlətimizin başçısının 2014-cü il 17 mart tarixli Fərmanına əsasən, bu il aprelin 1-dən müharibə əlili və onlara bərabər tutulanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği 50 faizə yaxın artırılaraq I qrup müharibə əlillərinə 110 manatdan 150 manata, II qrup müharibə əlillərinə 85 manatdan 130 manata, III qrup müharibə əlillərinə isə 60 manatdan 100 manata çatdırılıb. Bununla da, ümumilikdə, 18262 nəfər bu kateqoriyadan olan şəxsin sosial vəziyyətinin daha da yaxşılaşmasına nail olunub.

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği də Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli Sərəncamı ilə 55 manatdan 100 manata çatdırılıb. Bununla yanaşı, Azərbaycan Prezidentinin 2014-cü il 18 mart tarixli Sərəncamına əsasən, dövlətimizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanların və şəhidlərin övladları növbəti tədris ilindən təhsil haqqının ödənilməsindən azad ediliblər.

Xidmət rəisi son 6 ayda respublikada aylıq və birdəfəlik sosial müavinət, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə 145,4 milyon manat vəsait xərcləndiyini diqqətə çatdıraraq dedi ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,3 milyon manat və ya 23,3 faiz çoxdur.

Əlilliyi olan şəxslərə minik avtomobilləri

və mənzillər verilir

Bu ilin altı ayında ümumilikdə 118 müharibə əlili və şəhid ailəsi ƏƏSMN-in sifarişi ilə inşa edilmiş yaşayış binalarında mənzillə təmin edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Bu müddətdə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 dekabr tarixli və 2014-cü il 30 aprel tarixli sərəncamlarının icrası nəticəsində 677 nəfər Qarabağ müharibəsi əlili, 323 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs, ümumilikdə, 1000 nəfər minik avtomobili ilə təmin olunub.

Onlar birdəfəlik maddi yardımla

da təmin olunurlar

Əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən digər işlərdən də söz açan Ç.Əliyev son altı ayda 115 nəfər 20 Yanvar şəhidinin ailəsinin, 319 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım verildiyini diqqətə çatdırdı. Bildirdi ki, Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar Əfqanıstanda hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin də hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım verilib. Həmçinin Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin hər biri 50 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.

Əlilliyi olan şəxslərin müalicəsinin

təşkili dövlətin diqqət mərkəzindədir

Tədbirdə xüsusi vurğulandı ki, bu ilin 6 ayı ərzində ƏƏSMN-in əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən komissiyasında sosial müdafiəyə daha çox ehtiyac duyan 217 nəfər əlilliyi olan şəxsin müraciətinə baxılıb və onlara ümumilikdə 38930 manat məbləğində birdəfəlik maddi yardım verilib. Səhiyyə Nazirliyinin müvafiq komissiyasının rəyi əsasında 23 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilməsi barədə qərar verilib.

Hesabat dövründə respublikadan kənar müalicəyə getmiş 15 nəfər əlilliyi olan şəxsə gediş-gəliş aviabiletlərinin alınması üçün 10251,58 manat vəsait ödənilib. Əlilliyi olan şəxslərin Yunanıstanın Soloniki şəhərindəki “Anagennisi” tibbi-reabilitasiya sanator mərkəzində, sağlamlıq imkanları məhdud uşaqların isə Latviyanın Yurmala şəhərindəki “Vaivari” Milli Mərkəzində ixtisaslaşmış müalicəsinin təşkili işləri aparılıb. Beləliklə, hesabat dövründə 76 nəfər əlilliyi olan şəxsin və 85 nəfər sağlamlıq imkanları məhdud uşağın həmin ölkələrdə müalicəsi təşkil olunub. Eyni zamanda, əlilliyi olan şəxslərin asudə vaxtının mənalı təşkili məqsədilə 501 nəfər belə şəxsin Xaçmaz və Lənkəran rayonlarında yerləşən istirahət-sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib.

Bundan əlavə, 88 nəfər Dövlət Sosial Təminat Xidmətinin tabeliyində olan sosial xidmət müəssisələrinə yerləşdirilib və bu müəssisələrdə ümumilikdə 1025 nəfər tam dövlət təminatında olub. Ümumilikdə 176 nəfər sağlamlıq imkanları məhdud gənc peşə və idman kurslarına qəbul edilib. Kursları bitirdikdən sonra keçirilmiş imtahanın nəticəsinə əsasən, onlardan 54 nəfərinə sertifikat, 11 nəfərinə arayış verilib. 6 nəfər səhhəti ilə əlaqədar, 20 nəfəri isə digər səbəblərdən kursu tamamlaya bilməyib. Qalan 85 nəfərin qatıldığı kursun müddəti 6 aylıq olduğu üçün davam edir. Son altı ayda 1040 nəfər imtiyazlı şəxs sanatoriya-kurort yollayışları ilə təmin edilib.

Mətbuat konfransında hesabat dövründə xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlərin göstərilməsi üçün ƏƏSMN tərəfindən prioritet istiqamətlərin müəyyən edildiyi də diqqətə çatdırıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Xəzərin Azərbaycana mənsub sularında qaçaqmal aşkarlanaraq götürülüb

Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb

Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib

Buraxılış imtahanlarında ən yüksək nəticə əldə edən şagird yeni tədris ilində ADA Məktəbində təhsil alacaq

Yan Vanmin: Azərbaycan Çinin önəmli tərəfdaşıdır

Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir

Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb

Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Panama kanalında suyun səviyyəsi azalır

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakıda “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” mövzusunda tədbir təşkil olunub

"Asiya uşaqları" Oyunları: Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır

Laçında yeni film çəkiləcək

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ekologiyası haqqında biblioqrafik göstərici nəşr edilib

Azərbaycan güləşçilərinin Olimpiada hazırlığı: Hədəf yüksək nəticələr qazanmaqdır

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Pedaqoji Universitetdə kadr potensialı gəncləşdirilir - statistika

Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi - vebinar

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Həkim-pediatr: Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Everest dağında qar və buzların əriməsi nəticəsində qorxunc mənzərə üzə çıxıb

Gələn il Bakıda investisiya forumu keçiriləcək

KIV: Polşa ordusu icazəli silahı olan vətəndaşları əməkdaşlığa cəlb edir

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı olub

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb

Külli miqdarda narkotik vasitənin Xəzər dənizi vasitəsilə ölkəmizə keçirilməsinin qarşısı alınıb

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır

Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Viktor Orban Ursula Fon der Lyayenin əleyhinə səs verib

TƏBİB-də “Açıq qapı” günü keçirilib

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Monqolustanda parlament seçkiləri keçirilir

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər təsdiqlənib

Fermer Qadınların Respublika Platforması yaradılacaq

“Laçın Könüllüləri” qrupuna qeydiyyat başlayıb

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

TƏBİB-in “815” saylı Çağrı mərkəzinə bir gündə 700-800 müraciət daxil olur

“Neftçi” daha bir futbolçu ilə vidalaşıb

Lənkəranda texniki təhlükəsizlik mövzusunda müşavirə keçirilib

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Şuşada gənclərin turizm peşə hazırlığı mərkəzi açılacaq

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib VİDEO

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib VİDEO

Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb

“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb

Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir

Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib YENİLƏNİB VİDEO

“Qarabağ” akademiyasının koordinatoru: Azərbaycanda Avropa səviyyəsinə qalxa biləcək futbolçular var - MÜSAHİBƏ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Rəsulzadə

Göyçay çayına gələn sel Cəyirli kəndində əkin sahələrini yarasız hala salıb VİDEO

Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Nazir müavini: Könüllülük fəaliyyətləri ölkəmizdə gedən proseslərin güzgüsüdür

FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub

Azərbaycan Yaponiya ilə icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi edib

Peru sahillərində 7,2 bal gücündə zəlzələ baş verib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üzrə müsahibənin nəticələri açıqlanıb

Həkim: Çimərlik üçün ən optimal vaxt saat 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır

DİM: 2500-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə test imtahanı verəcək

“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb

İranın Ali Rəhbəri növbədənkənar prezident seçkilərində səs verib

FHN: Hacıqabulun subasmaya məruz qalan ərazilərində təxirəsalınmaz tədbirlər görülür VİDEO

BANM rektoru əcnəbi tələbələrlə görüşüb

BMT-nin Baş katibi: Bakıda keçiriləcək COP29-da qətiyyətli addımlar atılmalıdır, əks halda, dünya uçuruma yuvarlanacaq

May ayında sosial müavinət və təqaüd alanlar 850 minə yaxın olub

Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

CNN: Baydenin debatdakı çıxışı demokratları məyus edib

Bu il Cəbrayıl şəhərinə və rayonun bir neçə kəndinə köç planlaşdırılır

Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, azı 13 nəfər ölüb

Hikmət Əlizadə: Son üç ildə ölkədə məişət tullantılarının idarə olunması ilə bağlı 4 mindən çox pozuntu halı qeydə alınıb

Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası”nda yaxın vaxtlarda bir neçə müəssisə fəaliyyətə başlayacaq

İndiyədək Ağdam Sənaye Parkında 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib