Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi MDB məkanında ən aşağı göstəricilərdən sayılır

Bakı, 2 dekabr (AZƏRTAC). 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətlə dekabrın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan 3 nömrəli internat evində və sağlamlıq imkanları məhdud uşaqların və əlillərin dövlət himayəsində yaşadığı digər sosial xidmət müəssisələrində tədbirlər keçirilmişdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlərdə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert proqramı olmuş, onlara hədiyyələr verilmişdir.

2011-ci il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda 419 min 598 nəfər əlilliyi olan şəxs vardır. Onlardan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 59 min 207 nəfər təşkil edir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir. Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır.

Ümummilli lider Heydər Əliyevin əlilliyi olan insanlara diqqət və qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə əlillərlə bağlı dövlət siyasəti ilbəil güclənir, onların hərtərəfli təminatı və rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

Son illərdə bu sahədə 10-dək qanunvericilik aktı qəbul edilmişdir. Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.

Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təkcə son on ildə dövlətimizin başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının orta aylıq məbləği 7,6 dəfə, sosial müavinətlərin orta aylıq məbləği isə 4 dəfədən çox artmışdır.

Ölkəmizin səhiyyə sisteminin getdikcə təkmilləşməsi, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması, əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınmış, reabilitasiya göstəricisi isə 6 faizədək yüksəlmişdir. Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8 min nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur.

Protez-ortopedik bərpa mərkəzi Almaniyanın “Otto-Bok” şirkəti ilə əməkdaşlıq şəraitində ixtisaslaşmış xidmət göstərir və əlilliyi olan şəxslərin protez-ortopedik məmulatlarla, əlil arabaları, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə təminatında heç bir çətinlik yoxdur.

Qarşıda duran əsas vəzifələrdən biri sosial reabilitasiya yönümlü tədbirlərin gücləndirilməsi yolu ilə həmin insanların dolğun həyat tərzinin təmin olunması, özlərini cəmiyyətin digər üzvləri kimi hiss etməsi üçün onlara daha geniş şəraitin yaradılmasıdır. Bu məqsədlə nazirliyin tabeliyindəki tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə, nəticə etibarilə həmin müəssisələrin tibbi-sosial reabilitasiya yönümlü müəssisələr kimi fəaliyyətinin təşkilinə hazırlıq işləri aparılır.

Eyni zamanda, əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə 2012-ci ildə ölkədə yeni tipli müəssisənin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşası başa çatacaqdır. Bununla yanaşı, digər yeni sosial obyektlərin - Mingəçevirdə Çernobıl əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, müharibə və əmək əlilləri üçün yeni korpusun, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Penitensiar müəssisələrdə azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzləri və Sosial Sığınacaqların tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.

Nazirlik tərəfindən 94 əlilin onları müşayiət edən 61 nəfərlə respublikadan kənar müalicəyə göndərilməsinə, 16 əlilin respublika daxilində müalicəsinə, 90 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə maddi kömək göstərilmişdir.

Bununla yanaşı, cari ilin iyul-avqust aylarında dayaq hərəkət sistemi məhdud olan 85 əlilin Ukraynanın Saki şəhərindəki N.Burdenko adına sanatoriyada 28 günlük bərpa-müalicə kursu keçməsi, 575 imkansız əlilin yay mövsümündə istirahətə göndərilməsi təmin edilmişdir.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 455 əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 əlilə, 15 sentyabr - Bilik günü münasibətilə tərkibində iki və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaq olan imkansız ailələrə birdəfəlik maddi yardımların verilməsi təmin edilmişdir.

Cari ildə müxtəlif bölgələrdə yeni çoxmənzilli binalar və fərdi evlər istifadəyə verilmişdir. İndiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Bu ilin sonunadək daha bir sıra bölgələrdə yeni binalar bu təbəqələrdən olan insanlara təqdim ediləcəkdir.

Heydər Əliyev Fondunun davamlı dəstəyi ilə 3 və 7 nömrəli internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində həmin müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılmış, əlilliyi olan uşaqların bacarıqlarının inkişafı və hüquqlarının müdafiəsi üçün mühüm işlər görülmüş, əlavə dərnək otaqları yaradılaraq xüsusi avadanlıqla təmin edilmişdir. Bölgələrdə görmə qabiliyyətini itirmiş və zəif görən uşaqların internet resurslarından istifadəsi üçün informasiya mərkəzləri yaradılmışdır. Bütün bunlar ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara yüksək diqqət və qayğının real ifadəsidir.

Müasir dünyada sınanmış mütərəqqi sosial reabilitasiya mexanizmlərinin ölkəmizə gətirilməsi və ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə tətbiq edilməsi işlərinə artıq başlanılmışdır.

2009-cu ilin yanvar ayından etibarən ölkəmizdə pilot rayonlar olan İsmayıllı və Qubada əqli və ya yüngül psixi problemləri olan uşaqların reabilitasiyasının təmin edilməsi üçün səyyar reabilitasiya xidmətləri modeli yaradılmışdır. Həmin layihəyə cəlb edilmiş 21 uşaq müəyyən əqli və fiziki bacarıqlar qazanmış və nəticədə onların heç biri internat evinə verilməmişdir.

Ölkəmizdə əlillərin hər il respublika səviyyəli sərgi-müsabiqələri təşkil olunur və 2007-2010-cu illərdə 2 min 61 yaradıcı əlil bu tədbirlərə cəlb olunmuş, fərqlənən əlillərə mükafatlar, iştirakçılara isə həvəsləndirici mükafatlar verilmişdir. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan və xeyirxahlıq missiyası çərçivəsində ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan tədbirləri xüsusi qeyd etmək olar. Fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan gənc müğənni Murad Sadıxın 2010-cu ilin oktyabrında Moskvada keçirilmiş “Belaya trost” festivalında iştirakı Fondun dəstəyi ilə təmin olunmuş və MDB-yə üzv ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə onun çıxışı maraqla qarşılanmışdır. 2009-cu ildə I qrup əlil Cəmşid Ağayevin ağac üzərində yandırma üsulu ilə böyük ustalıqla hazırladığı əl işləri Vaşinqton şəhərində keçirilən sərgidə nümayiş olunmuşdur.

Azərbaycanda əlillərlə bağlı dövlət siyasətinin mütərəqqi dünya təcrübəsinə də istinad edilməklə daim təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin dolğun həyat şəraitinə malik olmaları istiqamətində tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda” VİDEO

Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

U-21 millinin heyətinə yeni futbolçu cəlb edilib

Tramp: İran razılığa gəlməyi çox istəyir

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir - RƏY

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Baş nazir: Gürcüstan xalqına və hökumətimizə qarşı yeni hücum dalğası başlayıb

Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb

Premyer Liqaya yüksələn komanda baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

“Sabah” bombardiri ilə yeni müqavilə imzalayıb

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Tolqay Arslan yaşıl meydanlarla vidalaşıb

Gürcüstan Prezidenti Qurban bayramı ilə əlaqədar Tbilisidəki Cümə məscidini ziyarət edib

Vensan Abubakar Türkiyədə azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

"Şimal" I Liqada qalıb

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatı başa çatıb

Niderland millisinin dünya çempionatı üçün yekun heyəti bəlli olub

Professor Hacıbaba Adiloğlu: Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müstəqillik ənənələri vurğulanıb

1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edilib

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Müstəqillik Günü - şərəf və qürur tariximiz

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir

Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

Gəncədə bayram namazı qılınıb, qurbanlar kəsilib

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib

Sabah hava əsasən yağmursuz olacaq

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Ekspert: Yeni Dövlət Proqramı maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur  VİDEO

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO

 Bu saata olan əsas xəbərlər

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir

Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib

Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Şuşada bayram namazı qılınıb VİDEO

Şuşada bayram namazı qılınıb VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Ağsuda oğurluq edən şəxs həbs olunub

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq

Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub

Ağdamda şəhid ailələrinə və aztəminatlı şəxslərə qurban payları verilib

Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Azərbaycanda Qurban bayramıdır

BMT: Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır

İspan rəssamı: Azərbaycan xalçalarında məni həndəsi simvollardan ibarət bütöv bir kosmos heyrətləndirir - MÜSAHİBƏ

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

İlham Bayramov: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı etdiyi deyilən gəmiyə zərbə endirib