CƏMİYYƏT
Azərbaycanda etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 73 əcnəbi saxlanılmışdır
Bakı, 30 iyul (AZƏRTAC). Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) iyulun 23-dən 28-dək Bakı şəhərində müvafiq tədbirlər keçirmişdir.
DMX-dən AZƏRTAC-a bildirmişlər ki, keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 73 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun qərarlar qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.