İQTİSADİYYAT
Azərbaycanda İKT sahəsində müstəqil tənzimləyici orqanın yaradılması nəzərdə tutulur
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ilin sonunadək telekommunikasiya sahəsində müstəqil tənzimləyici orqan yaratmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu KİV-lərə müsahibəsində
rabitə və informasiya texnologiyaları nazir Əli Abbasov bildirmişdir.
Qeyd olunmuşdur ki, bu işlərin təşkili ilə bağlı məsələlərin nazirlikdə aparılan ümumi islahatlar çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Hazırda isə nazirlik yanında tənzimləyici departament fəaliyyət göstərir.
Ə. Abbasov demişdir: Biz bu qurumun öz nizamnaməsi ilə müstəqil fəaliyyət göstərməsini və bazardakı tənzimləmə məsələlərində nazirlikdən mümkün qədər az asılı olmasını istəyirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [20:43]
Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub
- 15.06.2024 [17:33]
SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib
- 14.06.2024 [22:19]
Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
- 14.06.2024 [19:11]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14.06.2024 [18:53]