Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda proqram mühəndisliyinin inkişafı müasir dövrün vacib tələbidir – məqalə

Azərbaycanda proqram mühəndisliyinin inkişafı müasir dövrün vacib tələbidir – məqalə

Bakı, 18 yanvar, AZƏRTAC

İlk dəfə proqram mühəndisliyi termini 1968-ci ildə NATO-nun üçüncü nəsil hesablama texnikasının tətbiqi nəticəsində proqram sistemində yaranmış böhrana həsr edilmiş konfransında irəli sürülüb. Elə həmin ildə Londonda proqram təminatının işlənilməsi üzrə 22 layihə rəhbərinin görüşü keçirilib. Görüşdə proqram təminatının problem və perspektivləri müzakirə edilib və ilk dəfə proqram sisteminin həyat dövrü (Software Lifetime Cycle, SLC) konsepsiyası irəli sürülüb. Bu konsepsiya ətrafında müxtəlif mübahisələr yarandı. 1970-ci ildə amerikalı alim U.U.Roys belə bir fikir irəli sürür ki, həyat dövrünün mərhələləri üzərində nəzarətin olması proqram sistemlərinin keyfiyyətini artırmağa və onun işlənilməsinə çəkilən xərcləri azaltmağa imkan verəcək.

Bu fikirlər Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi Şəfəqət Mahmudovanın və baş mütəxəssis Tamilla Bayramovanın həmmüəllifi olduqları məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanda ali məktəblərin əksəriyyətində tələbələrə proqram mühəndisliyi deyil, müəyyən məsələlərin həll alqoritmləri və çox da böyük həcmli olmayan proqramların kodlaşdırılması öyrədilir. Proqram mühəndisliyinin əsas tərkib hissələrindən olan tələblərin idarə edilməsi, proqram layihələrinin menecmenti, onların sınaqdan keçirilməsi və s. məsələlər ya heç tədris edilmir, ya da bəzi universitetlərdə magistratura səviyyəsində tədris olunur. Ona görə də tələbələrdə belə bir fikir formalaşır ki, proqramçı olmaq üçün proqramlaşdırmanı bilmək kifayətdir. Lakin informasiya texnologiyalarının dinamik şəkildə dəyişdiyi bir zamanda proqram təminatının işlənilməsinə ayrılan xərclərin çox hissəsi proqram kodunun yazılmasına deyil, yuxarıda adlarını çəkdiyimiz fəaliyyət istiqamətlərinin payına düşür. Proqram təminatının mövcud infrastruktura inteqrasiya edilməsi də əlavə xərclərin yaranmasına səbəb olur. Nəticədə milli proqram sistemləri dünya bazarında rəqabətədavamlı olmur və onlarda baş verən sistem və texniki xətaların aradan qaldırılması yenidən işlənilmə zərurətini yaradır. Ali təhsil müəssisələri sistem analitikləri, layihə menecerləri, proqramların sınağı və keyfiyyətinin təmin edilməsi üzrə mütəxəssislər hazırlamır. Tələbələr proqram sistemlərinin həyat dövrünü dəstəkləyən müasir metodları, texnologiyaları, avtomatlaşdırılmış instrumental vasitələri və beynəlxalq standartları bilmirlər.

Azərbaycanda beynəlxalq standartlar əsasında milli standartların işlənilməsi zəruridir. Universitet təhsili və real sənaye proqramlaşdırması arasındakı fərqi aradan qaldırmaq məqsədilə tələbə layihələrinin və yay məktəblərinin təşkil olunması da xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Qərb ölkələrində universitetlər sənaye şirkətləri ilə birgə fəaliyyət göstərərək müəyyən bir aktual məsələnin həllində peşəkar proqramçılarla birgə bu sahəyə marağı olan tələbələrin işləməsini təmin edir. Rusiya, Ukrayna kimi ölkələrdə dünyanın bu qabaqcıl təcrübəsindən artıq istifadə edilir.

Proqram mühəndisliyi üzrə mütəxəssisi adi proqramçıdan fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun komandada işləmə qabiliyyətinin olmasıdır. Bunu da ancaq təcrübədə öyrənmək mümkündür. Lakin qeyd edilən çatışmazlıqlarla yanaşı, ölkəmizdə son illərdə tələbələrin proqramlaşdırmaya olan marağını artırmaq məqsədilə bəzi tədbirlər də həyata keçirilir. Azərbaycandan olan məktəblilər və tələbələr informatika üzrə beynəlxalq olimpiadalarda iştirak edirlər. Onların bu sahədə qazandığı uğurlar çox sevindiricidir. Respublikamızda 2013-cü ildən “Startap Azərbaycan” layihəsi həyata keçirilir. Hazırda İKT üzrə kadr hazırlığı işi də təkmilləşdirilir. Yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədilə ölkədəki ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli mühitin yaradılması istiqamətində işlər görülür. Dünyanın qabaqcıl təhsil ocaqları ilə əlaqələr genişləndirilir, həmçinin Azərbaycandan kənara “beyin axını”nın qarşısının alınması ilə əlaqədar müəyyən tədbirlər həyata keçirilir.

BMT tərəfindən minilliyin ideologiyası kimi bəyan edilən, bəşəriyyətin inkişafının əsas istiqaməti olan, min illərdən bəri yığılıb qalan sosial-iqtisadi problemlərin həllinə xidmət edən informasiya cəmiyyətinin əsasında informasiya-kommunikasiya texnologiyaları və biliklər iqtisadiyyatı dayanır. Biliklər iqtisadiyyatının ən mühüm sektorlarından biri də məhz proqram mühəndisliyidir. Hazırda bu sektor dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi inkişaf prioritetlərindən biri kimi çıxış edir. Proqram sənayesindən əldə edilən gəlirlər bir sıra ölkələrin iqtisadi gəlirlərinin əsasını təşkil edir.

Azərbaycan da dünyada baş verən bu inkişaf tendensiyasından kənarda qalmır. Prezident İlham Əliyev İKT-ni Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet sahəsi elan edib. Dövlət başçısı, həmçinin “qara qızılı insan kapitalına çevirək” ideyasını irəli sürərək ölkəmizdə artıq qədəm qoyduğumuz postneft dövründə yüksək texnologiyalar sektorunun, biliklər iqtisadiyyatının inkişaf etdirilməsini əsas hədəf kimi qarşıya qoyub. Ölkəmizdə bu sektorun inkişaf etdirilməsi üçün bir sıra konseptual və normativ-hüquqi sənədlər qəbul edilib.

Biliklər iqtisadiyyatının bir seqmenti kimi formalaşmaqda olan proqram sənayesinin əsasında “elm-təhsil-innovasiya” üçbucağı dayanır. Belə ki, bu sektorun inkişaf etdirilməsi üçün, ilk növbədə, müvafiq elmi-texniki potensialın, təhsil və innovasiya mühitinin yaradılması, yüksəkixtisaslı kadrların hazırlanması vacibdir. Bu baxımdan 2017-ci il mayın 17-də keçirilən “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransının əsas məqsədi də ölkəmizdə proqram mühəndisliyinin formalaşmasına elmi dəstək vermək, mövcud dünya təcrübəsini nəzərə alaraq milli prioritetləri müəyyənləşdirmək idi.

Beləliklə, dünyada rəqabətədavamlı proqram təminatının işlənilməsi üçün informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislər hazırlayan universitetlərdə bu sahə üzrə təhsil alan tələbələrə zəruri biliklərin verilməsi vacibdir. Tələbələrin bu biliklərə yiyələnməsi üçün bu sahələr üzrə dərsliklər hazırlanmalı, beynəlxalq standartlara əsaslanaraq dövlət standartları və tədris planları işlənilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb