Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub. “ADY Konteyner” şirkəti ilə “Azəralüminium” MMC-nin birgə əməkdaşlığı çərçivəsində növbəti yükdaşıma əməliyyatı həyata keçirilib. Bu dəfə Azərbaycandan Çinə konteynerlərlə yaşıl neft koksu ixrac edilib.
“ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, Gəncə-Pingyuan marşrutu üzrə hərəkət edən blok qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən qatar Ələt limanından Qazaxıstanın Aktau limanına “Barıs” fider gəmisi vasitəsilə çatdırılıb. Daha sonra Qazaxıstan ərazisi ilə Çinə istiqamət götürüb.
Konteynerlərdən səmərəli istifadə olunması məqsədilə bir müddət əvvəl ölkəmizin ərazisinə bişmiş karbon anod bloklarının gətirildiyi konteynerlərə yaşıl neft koksu yüklənərək emal üçün yenidən Çinə göndərilib.
Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memoranduma uyğun olaraq həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]