Azərbaycandan olan VKontakte istifadəçiləri VK Music-də yerli musiqi bölmələrinə giriş əldə edə bilərlər

Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycandan və MDB-nin bəzi ölkələrindən olan VKontakte (VK) istifadəçiləri VK Music-də yerli musiqi bölmələrinə giriş əldə edə bilərlər. Qeydiyyatdan keçdikdə xidmət üç aylıq pulsuz abunə hədiyyə edir.
VKontakte-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, VK Music vitrinində yerli bazarı nəzərə almaqla redaksiya tərəfindən toplanan yerli yeniliklərı ehtiva edən müstəqil bölmələr yaranıb. Onları VK Music-in ayrıca əlavəsində və VKontakte sosial şəbəkəsinin musiqi seqmentində əldə etmək olar.
Yerli vitrinlər MDB ölkələri simvolikası ilə qeyd olunub və istifadəçilərin geolokasiyasını nəzərə almaqla istifadəçilərə uyğunlaşdırılır. İstifadəçilər daima yerli musiqi yenilikləri ilə əlavə olunan 30 pleylist, eləcə də “Redaksiyanın seçimi” blokunu əldə edə bilərlər. Bundan əlavə, vitrinə Azərbaycan və MDB-nin qalan ölkələrinin top-çartları, həmçinin “MDB Top-100” əlavə olunub.
Musiqi ekosistemi və VK videokontent departamentinin direktoru Nikolay Duksin deyib: “Yerli vitrinlər - ilk öncə müxtəlif ölkələrdən olan gənc və perspektivli musiqiçilərə doğru atılan addımdır. İndi onlar üçün özlərini tanıtmaq və musiqilərini milyonlarla dinləyiciyə çatdırmaq daha asandır”.
Yenilikləri tam həcmdə qiymətləndirmək üçün dinləyicilər VK Music-a üç aylıq pulsuz abunə əldə edə bilərlər. Onun köməyi ilə hər bir istifadəçi musiqiyə rahat qulaq asmaq üçün maksimal şərait əldə edir: Musiqini internet olmadan, söndürülmüş telefon ekranı ilə dinləmək olar. Bu zaman reklam və digər məhdudiyyətlər olmayacaq. Aksiya bütün yeni istifadəçilər üçün əlçatandır və 2023-cü il mayın 7-dək qüvvədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [16:36]
Yağışlı aprelin günəşli “Ulduzu”
- 17.04.2025 [16:24]
“Əbədiyyətə qovuşan ömür” adlı tədbir keçirilib
- 17.04.2025 [14:53]
Aydın Kərimov: Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır
- 17.04.2025 [13:33]