Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın çoxvektorlu siyasəti nəqliyyat layihələrinin həyata keçirilməsində ölkənin mövqelərini möhkəmləndirir – Tomas de Vaal ilə müsahibə

Azərbaycanın çoxvektorlu siyasəti nəqliyyat layihələrinin həyata keçirilməsində ölkənin mövqelərini möhkəmləndirir – Tomas de Vaal ilə müsahibə

Bakı, 15 may, AZƏRTAC

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz böyük geosiyasi transformasiya dövrünə qədəm qoyub. Uzun müddətdir qeyri-sabitliklə daha çox əlaqəli olan bu bölgə hazırda tədricən yeni nəqliyyat marşrutları, enerji təhlükəsizliyi və Avropa ilə Asiya arasında strateji əlaqə məkanı kimi qəbul edilir. Bu fonda Azərbaycan təkcə enerji tərəfdaşı kimi deyil, həm də regionda əsas logistika və siyasi mərkəz qismində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.

Orta Dəhlizin inkişafı, genişmiqyaslı infrastruktur layihələrinin irəliləməsi, Mərkəzi Asiya ölkələri, Türkiyə, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığın dərinləşməsi və Bakının yeni Avrasiya kommunikasiya arxitekturasının formalaşmasında artan rolu Azərbaycanı Cənubi Qafqazda əsas geosiyasi aktorlardan birinə çevirir. Eyni zamanda, Bakı ilə İrəvan arasında davam edən sülh prosesi bütün regional təhlükəsizlik və iqtisadi inteqrasiya sisteminin gələcəyini müəyyən edən vacib amil olaraq qalır.

AZƏRTAC Cənubi Qafqaz, Şərqi Avropa və postsovet məkanı üzrə ixtisaslaşmış britaniyalı jurnalist, yazıçı və analitik Tomas de Vaal ilə müsahibəni təqdim edir. O, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ən tanınmış Qərb mütəxəssislərindən biri hesab olunur. Tomas de Vaal hazırda Karnegi Beynəlxalq Sülh Fondunda çalışır və uzun illər Qafqaz və Şərqi Avropa üzrə baş elmi işçi olub.

- Azərbaycan özünü tədricən təkcə regional enerji aktoru deyil, həm də Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında nəqliyyat mərkəzi kimi təqdim edir. Artıq bütün zəruri şərtlərin yerinə yetirildiyi Bakı ilə İrəvan arasında uğurlu sülh sazişi Azərbaycanın Avrasiyada geosiyasi və geoiqtisadi roluna necə təsir göstərə bilər?

- Həqiqətən, bu gün Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üçün real imkan var. Son bir ildə nikbinliyə əsas verən çoxsaylı müsbət inkişaflar baş verib. Tərəflərin Cənubi Qafqazda öz maraqlarını güdən xarici vasitəçilərin fəal iştirakı olmadan ikitərəfli formatda sülh sazişinin mətni barədə razılığa gələ bilməsi vacibdir.

İki ölkə arasında ərazi mübahisələri artıq yoxdur və bu, bütün regional dinamikanı kökündən dəyişdirir. Naxçıvana gedən yol (Zəngəzur dəhlizi - müəllif) üzərindəki çıxılmaz vəziyyəti aradan qaldırmağa kömək edən Donald Tramp administrasiyasının səyləri də bu məsələdə rol oynayıb.

Bundan əlavə, həm Ermənistan, həm də Azərbaycan cəmiyyətləri uzun müddətdir davam edən münaqişədən bezib. Bu gün qarşıdurmaya qayıtmaq üçün demək olar ki, heç bir istək yoxdur. Lakin regionun hələ tam sülh dövrünə qədəm qoyduğunu demək olmaz. Əksinə, Cənubi Qafqaz aralıq mərhələdədir: münaqişə dövrü başa çatıb, lakin davamlı sülh hələ tam rəsmiləşdirilməyib.

Sülh sazişi Cənubi Qafqazda güc balansını əhəmiyyətli dərəcədə dəyişdirmək potensialına malikdir. Regionun ən böyük iqtisadiyyatı və inkişaf etmiş nəqliyyat infrastrukturuna malik ölkəsi olan Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında əsas tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirmək üzrə əlverişli mövqedədir.

İnfrastruktur layihələrinin, xüsusən də TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) təşəbbüsünün həyata keçirilməsi çox vacib olacaq. Bu layihələr Cənubi Qafqazı yeni Avrasiya logistika sisteminin tamhüquqlu hissəsinə çevirə bilər.

– Azərbaycan Orta Dəhlizi fəal şəkildə təşviq edir, infrastrukturu inkişaf etdirir və Avropa ilə Asiya arasında əlaqələri gücləndirir. Bakı nəqliyyat marşrutları uğrunda yeni qlobal rəqabətdən faydalanan əsas tərəf ola bilərmi?

- Azərbaycan olduqca əlverişli coğrafi mövqeyə malikdir və Avrasiyada əsas tranzit mərkəzlərindən biri olaraq qalır. Bu, xüsusilə indi, Rusiya, İran və Qırmızı dənizdən keçən marşrutların ciddi məhdudiyyətlər və risklərlə üzləşdiyi vaxtda daha aydın görünür. Bu fonda Orta Dəhlizin əhəmiyyəti kəskin şəkildə artıb. Bakı nəqliyyat infrastrukturuna vaxtında investisiya qoymağı, dəmir yollarını, limanlarını və logistika obyektlərini modernləşdirməyi bacarıb və bu gün ölkəni olduqca güclü bir mövqeyə gətirib.

- Son illərdə Bakı regionda Türkiyə, Rusiya, Aİ, ABŞ və Mərkəzi Asiya ölkələri ilə eyni vaxtda münasibətlər qurmaq üçün nadir diplomatiya nümayiş etdirib. Bu çoxvektorlu yanaşma TRIP və sülh prosesi kontekstində Azərbaycanın mövqeyini nə dərəcədə gücləndirir?

- Azərbaycan həqiqətən də çox çevik və praqmatik xarici siyasət yürüdür. Bakı Türkiyə, Rusiya, ABŞ, Avropa İttifaqı, İsrail və Mərkəzi Asiya ölkələri ilə işgüzar münasibətləri qoruyub saxlaya bilib. Belə bir həssas region üçün bu, əhəmiyyətli diplomatik üstünlükdür.

Məhz bu çoxvektorlu yanaşma TRIPP də daxil olmaqla nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın mövqeyini gücləndirir və müxtəlif güc mərkəzləri arasında onun mühüm əlaqələndirici rolunu artırır.

Müəllif - Tamilla Məmmədova

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“EFES-2026” təlimində gəminin ələ keçirilməsi əməliyyatı keçirilib

Qana nümayəndəsi: Şəhərlərin yaşıllaşdırılması daha sağlam və təhlükəsiz mühit formalaşdıra bilər

BMT nümayəndəsi: Azərbaycan gender bərabərliyinin təşviqini bütün sahələrdə həyata keçirir

İdarə Heyətinin sədri: Azərbaycanın şəhərsalma sahəsindəki iştirakçı yanaşmalarının əhəmiyyəti daha da artıb

Rumıniya rəsmisi: Mənzil məsələsi sürətlə böyüyən şəhərlərdə ən mühüm çağırışlardan biridir

Yalçın Rəfiyev: WUF13 Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatı üçün mühüm platformadır

WUF13-ün iştirakçısı: Bu tədbir davamlı şəhərsalma ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır

DİM bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı təşkil edib

WUF13 çərçivəsində dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunur

Bəhreynin mənzil və şəhərsalma naziri: Komandamızın 90 faizini qadınlar təşkil edirlər

Beynəlxalq Daşınmaz Əmlak Federasiyası: 2030-cu ilədək 3 milyard insanın mənzillərə ehtiyacı olacaq

SSA-nın nümayəndəsi: Uqanda Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsini öyrənə bilər

Səfir: Bolqarıstanda mənzil fondunun yenilənməsi prioritet vəzifədir

Bakı Olimpiya Stadionu: WUF13-ə xoş gəlmisiniz! - FOTOREPORTAJ

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Bahar Muradova: Azərbaycan yeni şəhərsalma standartlarının formalaşmasına öz töhfəsini verəcək

Ömər Bulut: Azərbaycan dayanıqlı və əlçatan mənzil istiqamətində mühüm addımlar atır VİDEO

Ömər Bulut: Azərbaycan dayanıqlı və əlçatan mənzil istiqamətində mühüm addımlar atır VİDEO

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

Səfir: Bu cür təbdirlər davamlı şəhərlərin necə həyata keçirilməsinə dair təcrübə mübadiləsi üçün fürsətdir VİDEO

Səfir: Bu cür təbdirlər davamlı şəhərlərin necə həyata keçirilməsinə dair təcrübə mübadiləsi üçün fürsətdir VİDEO

Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova

UN-Habitat rəsmisi: Artan bərabərsizlik müasir şəhərlərin əsas problemləridir

Türkiyə rəsmisi: Biz dağıtmağı deyil, qurmağı sevən millətik VİDEO

Türkiyə rəsmisi: Biz dağıtmağı deyil, qurmağı sevən millətik VİDEO

Lui Akolit: Dayanıqlı şəhər inkişafı həyat şəraitinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Qlobal Saziş Şəbəkəsinin nümayəndəsi: Dayanıqlılıq artıq səhmdar dəyərinin bir hissəsidir

Nazir: Azərbaycan dayanıqlı şəhərlər qurmaq üçün dünya şəhər gündəliyinə kömək etməkdə çox böyük rol oynaya bilər VİDEO

Nazir: Azərbaycan dayanıqlı şəhərlər qurmaq üçün dünya şəhər gündəliyinə kömək etməkdə çox böyük rol oynaya bilər VİDEO

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir

Malavili nümayəndə: Azərbaycan urbanizasiya sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər VİDEO

Malavili nümayəndə: Azərbaycan urbanizasiya sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər VİDEO

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir VİDEO

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir VİDEO

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır VİDEO

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır VİDEO

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası işə başlayıb

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb VİDEO

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb VİDEO

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var VİDEO

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var VİDEO

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində

Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir VİDEO

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir VİDEO

Türkiyə NATO üçün Rumıniyaya kimi uzanan yanacaq kəmərinin tikilməsini təklif edib

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Sudan rəsmisi: İnanırıq ki, WUF13-dəki təcrübə şəhərlərimizin bərpası istiqamətindəki səylərə böyük töhfə verəcək

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır VİDEO

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır VİDEO

Nigeriyada 17 polis öldürülüb

Ömər Bulut: Türkiyə şəhərsalmada dayanıqlılıq modelini qlobal səviyyəyə çıxarır

Sudan rəsmisi: WUF13-ün şüarı xalqımızın istəkləri və reallıqları ilə tam üst-üstə düşür

Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB VİDEO

Anaklaudia Rossbax: WUF13 yeni müttəfiqliklər qurmaq üçün mühüm platformadır

Ousman Bojanq: Bakı şəhərsalma sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunədir

Anar Quliyev: Gənclər peşəkar proseslərə, şəhərlərin qurulmasına və gələcəyin formalaşdırılmasına öz töhfələrini verirlər

Lans Braun: Ağ Şəhər layihəsində ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılması mühüm addımdır VİDEO

Lans Braun: Ağ Şəhər layihəsində ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılması mühüm addımdır VİDEO

Estoniya rəsmisi: Şəhərlərdə təhlükəsizlik urban inkişafın əsas göstəricilərindən biridir

Qabonlu nazir: Azərbaycan mənzil və urbanizasiya sahəsində inkişafa dəstək göstərir

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər VİDEO

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər VİDEO

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 500-dən çox PUA vurulub

Yaponiyanın rəsmisi: Son illərdə daha tez-tez baş verən təbii fəlakətlərə qarşı infrastrukturun təkmilləşdirilməsi vacibdir

Xabi Alonso “Çelsi”nin yeni baş məşqçisi təyin olunub

Nazir: Anqolada urbanizasiya dayanıqlı iqlim və iqtisadi artım aləti olmalıdır

Şərqi Timorun nümayəndəsi: Azərbaycan qlobal əməkdaşlığın inkişafına töhfə verir

Şamaxı WUF13 çərçivəsində xarici qonaqlara Azərbaycanın turizm zənginliyini nümayiş etdirəcək - REPORTAJ

Ruandanın dövlət naziri: Ruanda və Azərbaycan şəhərsalma sahəsində ortaq anlayışa sahibdir VİDEO

Ruandanın dövlət naziri: Ruanda və Azərbaycan şəhərsalma sahəsində ortaq anlayışa sahibdir VİDEO

ADSEA-nın əməkdaşları gücləndirilmiş iş rejimi şəraitində ərazilərdən yağış sularını kənarlaşdırırlar

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır VİDEO

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır VİDEO

Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir VİDEO

Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir VİDEO

Qambiyanın regional qubernatoru: Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində böyük potensialı var

Milli koordinator: Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir VİDEO

Milli koordinator: Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir VİDEO

Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB VİDEO

 Bu saata olan əsas xəbərlər

Hindistan nümayəndəsi: Aztəminatlı ailələr üçün mənzil xərclərini azaltmaq olar

"Sabah" basketbol klubunun yeni baş məşqçisi məlum olub

Kanada rəsmisi: Ümumdünya Şəhərsalma Forumu mühüm platformadır

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib VİDEO

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib VİDEO

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur VİDEO

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur VİDEO

Kanadanın nazir müavini: Yeni Şəhərsalma Proqramı şəhər inkişafına yanaşmanı daha inklüziv edib

Türkiyənin bələdiyyə sədri: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq

Hindistanlı iştirakçı: Şəhərlərin tikilməsi və inşası ilə bağlı bütün ölkələr lazımi məlumatları öyrənməlidir VİDEO

Hindistanlı iştirakçı: Şəhərlərin tikilməsi və inşası ilə bağlı bütün ölkələr lazımi məlumatları öyrənməlidir VİDEO

İran rəsmisi: Gələcəkdə daha təhlükəsiz şəhərlərin qurulması üçün praktik və tətbiq oluna bilən həllərə ehtiyac var VİDEO

İran rəsmisi: Gələcəkdə daha təhlükəsiz şəhərlərin qurulması üçün praktik və tətbiq oluna bilən həllərə ehtiyac var VİDEO

Yağıntılı hava şəraiti gün ərzində davam edəcək – PROQNOZ

WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası başlayıb

Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

BMT-nin koordinatoru: Azərbaycanın həyata keçirdiyi layihələr digər ölkələr üçün faydalı təcrübə ola bilər

Kriştof Şerski: Şəhərsalmada sosial vəhdət, iqtisadi şanslar və dayanıqlığın hər kəs üçün bərabər olmasına çalışmalıyıq VİDEO

Kriştof Şerski: Şəhərsalmada sosial vəhdət, iqtisadi şanslar və dayanıqlığın hər kəs üçün bərabər olmasına çalışmalıyıq VİDEO

Kambocanın Baş nazirinin müavini: Azərbaycan şəhərlərin inkişafı üçün ümumi prinsiplərin formalaşdırılmasına töhfə verəcək VİDEO

Kambocanın Baş nazirinin müavini: Azərbaycan şəhərlərin inkişafı üçün ümumi prinsiplərin formalaşdırılmasına töhfə verəcək VİDEO

Anar Quliyev: Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib VİDEO

Anar Quliyev: Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Nazir: Konqo 2026–2036-cı illər üzrə urbanizasiya planı hazırlayır

Məhəmməd Kulibali: Dayanıqlı şəhər inkişafının təmin olunması üçün “Yeni Şəhər Gündəliyi” adlı sənəddən istifadə olunur

Nyu-Yorkda Azərbaycan diasporunun da iştirakı ilə Türk Günü Yürüşü keçirilib

Çexiyalı nazir: Mənzil təminatı sosial həmrəyliyin və iqtisadi imkanların əsas elementidir

BMT-nin nümayəndəsi: 1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır VİDEO

BMT-nin nümayəndəsi: 1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır VİDEO

WUF13-də Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilir VİDEO

WUF13-də Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilir VİDEO

On üçüncü Malayziya Planı çərçivəsində bir milyon əlverişli mənzilin tikintisi hədəflənib