Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRBAYCANIN CORC VAŞİNQTONU”NUN YUBİLEYİ ABŞ-DA QEYD OLUNMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 7-də ABŞ-ın Virciniya ştatında Azərbaycan xalqının ümumilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 85 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. “Müasir Azərbaycanın qurulması: ümummilli lider Heydər Əliyevin irsi” mövzusunda keçirilən tədbirdə Birləşmiş Ştatların görkəmli ictimai-siyasi xadimləri, konqresmenlər və hakimiyyət qurumlarının nümayəndələri, Vaşinqtondakı diplomatik korpusun, yerli medianın, Azərbaycan icmasının təmsilçiləri iştirak edirdilər. “Amerika xalqının atası” hesab edilən ABŞ-ın ilk Prezidenti Corc Vaşinqtonun Maunt Vernon tarixi malikanəsində “Azərbaycanın Corc Vaşinqtonu” kimi tanınan Prezident Heydər Əliyevin yubileyinin keçirilməsi hamı üçün böyük rəmzi məna daşıyırdı.

Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanışlıqla başlayan tədbir “Lider” televiziyasının istehsalı olan “Azərbaycana xoş gəlmisiniz” sənədli filminin nümayişi ilə davam etmişdir.

Daha sonra yubileylə bağlı Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ziyafət verilmişdir. Qonaqları salamlayan ölkəmizin Vaşinqtondakı səfiri Yaşar Əliyev çıxışında demişdir ki, ümummilli lider bütün ömrünü xalqına və ölkəsinə xidmətə həsr etmişdir. Müasir Azərbaycanın kiçik sabiq sovet respublikasından müstəqil və qüdrətli demokrtaik dövlətə çevrilməsində Heydər Əliyevin rolu əvəzsizdir. Onun siyasi uzaqgörənliyi, gərgin səyləri və müdrikliyi nəticəsində Azərbaycanda sabitlik bərqərar edilmiş, on minlərlə insanın həyatına son qoyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunmuş, Xəzər hövzəsinin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaqla qlobal enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri çəkilmişdir. Bunlar Heydər Əliyevin tarixi xidmətlərinin yalnız bir neçəsidir.

Sonra ümummilli liderin nəvəsi, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış etmişdir. O, yubiley mərasiminə toplaşan qonaqlara minnətdarlığını bildirərək demişdir: “Mən həyatımın əhəmiyyətli bir hissəsini babamla keçirdiyimdən xoşbəxtlik və fərəh hissi duyuram. Sizlərdən çoxları onu böyük siyasi nailiyyətlərinə və irsinə görə tanıyırsınız. Mən isə burada mənə yaxın və əziz olan bir şəxs haqqında danışmaq istərdim. Babam həftənin yeddi gününü saatlarla işləsə də, ailəsinə həmişə vaxt ayırardı. İndi mən həmin vaxtları çox yüksək dəyərləndirirəm. Uşaqlıq dövrümdən başlayaraq o, mənim dostum olmuşdur. Bilirdim ki, nə çətinliyim olsa, babamın dəstəyinə və məsləhətinə güvənə bilərəm. O, yaşından asılı olmayaraq, ailədə kiminlə necə danışmağı gözəl bilirdi. Bizə həmişə qayğıkeş və rəhmdil olmağı öyrədərdi.

Hazırda mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuduğuma görə, onun nailiyyətlərini peşəkar baxımdan da qiymətləndirə bilirəm. Heydər Əliyev iki dəfə Azərbaycana başçılıq etmişdir, həyatının sonuna qədər hakimiyyətdə idi. O, vətəndaş müharibəsinin qarşısını almış, iqtisadiyyatı dirçəltmiş, senzuranı və ölüm hökmünü ləğv etmişdir. Onun səyləri nəticəsində Azərbaycan müstəqil inkişaf yoluna çıxmışdır. Bu gün bizim ölkəmiz iqtisadi artım baxımından dünyada liderdir, yoxsulluğun səviyyəsi isə MDB ölkələri arasında ən aşağıdır. Bunların hamısı cəmi 14 il ərzində əldə edilmişdir. Heydər Əliyev ABŞ-la dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirdi. ABŞ-a səfərlərinin birində, Hyustonda olarkən ona mənim qardaşım, kiçik Heydər Əliyevin dünyaya gəlməsi haqda xoş xəbər vermişdilər. Amerika rəsmiləri bizim ailəmizə ilk təbrik göndərənlərdən idilər. Bəlkə də, həmin məqamda onunla birlikdə olan adamların bəziləri bu gün burada iştirak edirlər.

İndi Heydər Əliyev bizimlə deyil. Lakin onun xeyirxah əməlləri böyük uğurla Heydər Əliyev Fondu tərəfindən davam etdirilir. 2004-cü ilin mayın 10-da fəaliyyətə başlayan bu Fond kimsəsizlərin, qaçqın-köçkünlərin, əlillərin və köməyə ehtiyacı olan digər insanların qayğısına qalır, məktəblər, xəstəxanalar və mədəniyyət mərkəzlərinin tikilməsində iştirak edir. Mən bu Fondun fəaliyyətində iştirak etməkdən və babamın başladığı işləri davam etdirməkdən qürur duyuram. O, bizə həmişə başqa insanların qayğısına qalmağı öyrədərdi. Məncə, bu gün tək ailəsi deyil, bütün Azərbaycan xalqı onun üçün darıxır. Lakin onun həmişə bizimlə olduğuna inam hamımıza təsəlli verir.”

Daha sonra ABŞ Konqresinin sabiq üzvü Qreq Laflin, “Azərbaycan İntərnəşnl” jurnalının baş redaktoru Betti Bleyer, ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Ceyms Beyker görkəmli tarixi şəxsiyyət haqqında xatirələrini bölüşmüşlər.

AZƏRTAC-ın xüsusi müxbiri yubiley tədbirində iştirak edən qonaqların bir neçəsindən ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan dövlətinin yaranmasında onun roluna dair firkilərini bölüşməyi xahiş etmişdir:

Nüfuzlu “Ceymstaun” Fondunun prezidenti QLEN HOVARD: “Bu gün Corc

Vaşinqtonun tarixi malikanəsi olan Maunt Vernona toplaşmağımız yerinə düşür. Mən, Azərbaycan və Prezident Heydər Əliyev haqda düşünərkən onu məhz Azərbaycanın Corc Vaşinqtonu hesab edirəm. O, doğrudan da, uzaqgörən şəxsiyyət kimi, Azərbaycanı sabitliyə və inkişafa doğru apardı. Burada iştirak etməyimdən çox məmnunam”.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri ZBİQNEV BJEZİNSKİ: “Məncə, Heydər Əliyevin irsi başlıca olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindən ibarətdir. Bu da, öz növbəsində, ABŞ-la strateji münasibətlərin inkişafı ilə bağlı idi. Bunun mexanizmi isə, əlbəttə, Bakı-Tbilisi-Ceyhan kəməri olmuşdur. Mən bu kəmərin yaradılması təşəbbüsündə və Prezident Heydər Əliyevlə danışıqlarda iştirak edirdim. Bu layihənin yaranması səbəbləri qismən iqtisadi olsa da, əsasən, strateji idi. Layihə Azərbaycanın dünyaya çıxışını təmin etdi və dünyaya da imkan verdi ki, Xəzər dənizi bölgəsi və Mərkəzi Asiyada yaxından dinc yolla iştirak etsinlər. Zaman ötdükcə, hər şey dəyişir. Lakin Heydər Əliyevin müstəqillik irsi əbədidir. Məncə, bu gün əksər azərbaycanlılar hesab edirlər ki, yaşayış şəraiti, perpsketivlər daha yaxşıdır. Ən əhəmiyyətlisi isə, onların öz müstəqil dövləti vardır”.

ABŞ Konqresinin sabiq üzvü ROBERT LİVİNQSTON: “Heydər Əliyev Azərbaycanı dəyişdirən, Azərbaycanı həqiqi mənada yeni dünyaya aparan şəxsiyyət olmuşdur. O, Azərbaycanı irəli aparmaq üçün kifayət qədər uzaqgörənlik, dözüm, qabiliyyət və liderliyə malik idi. Azərbaycan müstəqil olandan sonra dünyaya yol tapmalıydı. Heydər Əliyev məhz bunu etdi. Sovet dövründə Azərbaycan xalqı öz sərvətlərinə sahib çıxa bilmirdi. Heydər Əliyev isə uzaqgörənliklə bu sərvətləri Azərbaycanın gələcəyinin qurulmasına yönəltdi. Onun siyasəti hazırda ölkənizə böyük dividendlər gətirir. Hazırda Heydər Əliyevin oğlu onun yolunu davam etdirir. Prezident Əliyev və xanımı ölkəsinin layiqli təmsilçiləridir. İndi Azərbaycan beynəlxalq birlikdə təkcə zəngin ehtiyatlara malik ölkə kimi deyil, həm də çox mühüm strateji mövqeyi olan bölgədə əsas tərəfdaş dövlət kimi tanınır”.

“Amoko” şirkətinin sabiq prezidenti DON STEYSİ: “Heydər Əliyev nüfuzlu şəxsiyyət idi. Xatırlayıram, ilk dəfə görüşəndə biz gündüz saat 3-dən gecə saat 1-ə qədər söhbət etdik. Mən yorulmuşdum. Amma o, yorulmurdu, enerji ilə dolu idi. “Əsrin müqaviləsi”nin imzalanması üçün Prezident Əliyev çox işlər görmüşdür. Azərbaycanda bir sıra hakimiyyət dəyişikliklərinin şahidi olduqdan sonra biz Heydər Əliyev hakimiyyətə gələndə ondan müqavilənin imzalanması üçün dəstək istədik. Onun dəstəyi və iştirakı nəticəsində bu, mümkun oldu. Heydər Əliyev çox mürəkkəb şəraitdə nəzarəti ələ alaraq, ölkədə sabitlik yaratdı. Yadımdadır, müqavilələr imzalanarkən hamıdan ədalətli olmağı istəyirdi. Şirkətləri Azərbaycana qarşı ədalətli olmağa və öz adamlarını da şirkətlərə qarşı ədalətli olmağa çağırırdı. Mən 1997-ci ilin yanvarında Heydər Əliyevin Prezident Klintonla görüşünü təşkil edənlərdən biri idim. Xatırlayıram ki, Prezident Klinton onunla mümkün qədər tez görüşmək istəyirdi. Klinton hakimiyyəti Heydər Əliyev barədə yüksək fikirdə idi”.

Corctaun Universitetinin professoru SÖHRAB SÖBHANİ: “İlk dəfə Heydər Əliyevlə Naxçıvanda, daha sonra Bakıda, parlamentin sədri olarkən görüşmüşdüm. Məncə, o, tarixi İnsan idi. İnsan sözünü xüsusi vurğulamaq istərdim. Onun Azərbaycan üçün ürəkdən yandığını, Azərbaycan xalqının inkişafını ürəkdən istədiyini həmişə hiss edirdim. Kabinetinə girəndə həmişə ayağa qalxar, qucaqlayar, ailə-uşaqları soruşardı. Bu, onun yüksək insani cəhətlərini nümayiş etdirirdi. Dünya şöhrətli lider, Azərbaycanın dövlət başçısı olmaqla yanaşı, o, həm də ata və baba idi. Mən Heydər Əliyevi daim belə xatırlayacağam: səmimi insan, qayğıkeş baba kimi”.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO