AZƏRBAYCANIN DÜNYADAKI MÖVQEYİ MÖHKƏMLƏNİR VƏ TƏSİR İMKANLARI ARTIR
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördillik yekunlarına həsr olunmuş konfransda bildirmişdir: Azərbaycan qlobal layihələri həyata keçirməklə dünyadakı mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Azərbaycanın təsir imkanları artır və ölkə hərtərəfli şəkildə güclənir.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə nəqliyyat sektorunda yeni mərhələnin başlandığını, Azərbaycanın tranzit ölkəyə çevriləcəyini və bu layihənin çox böyük siyasi, iqtisadi, regional məna daşıdığını söyləyən Prezident demişdir ki, qarşıya qoyduğumuz bütün qlobal layihələr həyatda öz həllini tapmışdır. Baxmayaraq ki, bunu etmək bəzi hallarda o qədər də asan deyildi, bəzi hallarda müəyyən əngəllərlə də üzləşirdik. Ancaq Azərbaycan dövlətinin, xalqının iradəsi və qətiyyətli siyasəti, Azərbaycan xalqının bizim bütün təşəbbüslərimizə dəstək olması bu işləri reallığa çevirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [16:57]
BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib
- 08.05.2026 [15:15]
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]