İQTİSADİYYAT
Azərbaycanın enerji sistemində quruculuq işləri aparılır
Bakı, 3 iyun (AZƏRTAC). Ölkəmizin enerji sistemində quruculuq tədbirlər cari ildə də davam etdirilmişdir.
“Mingəçevir” Regional Elektrik Şəbəkəsi (REŞ) Müəssisəsinin struktur bölməsi olan “Bərdə” EŞ Müəssisəsində də bu istiqamətdə müvafiq işlər aparılmışdır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müxtəlif yarımstansiyalarda yağ açarları cari təmirdən çıxarılmış, bəzi xətlərdə yeni beton dirək basdırılmış, bir sıra xətlərdə əsaslı təmir işləri aparılmışdır. Cari ilin ötən dörd ayında yeni mənzillərdə 240-dan artıq yeni sayğac quraşdırılmış, 390-dək abonentin isə qüsurlu sayğacı dəyişdirilmışdır.