AZƏRBAYCANIN İRANDAKI SƏFİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Xurşid Ənvər Azərbaycanın İrandakı səfirliyində olmuş, burada səfir Abbasəli Həsənovla görüşmüşdür.
Görüşdə İƏT-in 2006-ci il mayın 4-5-də Bakıda keçirilmiş zirvə toplantısında qəbul olunmuş qərarların icra vəziyyətinə dair fikir mübadiləsi aparılmış, növbəti sammitlə bağlı məsələlər müzakirə edilmişdir.
Azərbaycanın İƏT-in ən fəal üzvülərindən biri olduğunu diqqətə çatdıran baş katib, təşkilatın elm fondunun yaradılmasının vacibliyini qeyd etmişdir.
Səfir Abbasəli Həsənov demişdir ki, həqiqətən də İƏT-ə üzv olan dövlətlər böyük elmi potensiala malikdirlər. Bu potensialdan səmərəli istifadə etmək üçün bütün imkanlar səfərbər olunmalıdır. Təcrübə göstərir ki, intellektual potensialdan istifadə edən ölkələr daha sürətlə inkişaf edirlər. Milliyyətcə azərbaycanlı olan görkəmli alim Lütfi Zadənin elmi ixtiraları dünya iqtisadiyyatına böyük töhfələr vermişdir. Zəngin intellektə malik alimlərimiz çoxdur və dövlətimiz onların biliklərindən səmərəli istifadə etmək üçün hər cür şərait yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]