Azərbaycanın işgüzar dairələri Belarusda keçiriləcək sənaye forumuna dəvət olunurlar
Bakı, 10 yanvar, AZƏRTAC
Sentyabrın 17-dən 20-dək Minskdə "Belarus sənaye forumu-2019" keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.
Forumda beynəlxalq ixtisaslaşdırılmış sərgilər - "TexİnnoProm", "Profsvarka", "Kimya. Neft və qaz", "Plastex", həmçinin panel diskussiyalar, dəyirmi masalar, kooperasiya birjası, eyni zamanda, Belarus Respublikasının investisiya imkanlarının təqdimatı ilə sənayeyə xarici investisiyaların cəlbinə həsr olunmuş işgüzar tədbirlər keçiriləcək. Forum müəssisə və təşkilatlara yüksək texnologiyalı rəqabət qabiliyyətli məhsulların buraxılışının genişləndirilməsinə dair məsələlərin həllinə kömək göstərmək, beynəlxalq əməkdaşlığın inkişafı, investisiyaların cəlb edilməsi, yeni elmtutumlu texnologiya və avadanlıqların tətbiqi məqsədi daşıyır.
Qeyd edək ki, Belarus sənaye forumu 1997-ci ildən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]
Ötən ay ölkədə 447,8 kiloqram gümüş istehsal edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]