Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın maliyyə naziri AİB-in illik toplantısı çərçivəsində bir sıra görüşlər keçirib

Bakı, 4 may, AZƏRTAC

Cənubi Koreyanın İnçion şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 56-cı illik toplantısının rəsmi açılış mərasimi keçirilib. “Asiyanın dirçəldilməsi: bərpa, yenidən əlaqə və islahat” mövzusu altında keçirilən toplantı COVID-19 pandemiyasının yayılmasından sonra ilk dəfə əyani formatda baş tutub.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanı maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Toplantının rəsmi açılış mərasimində çıxış edən Koreya Respublikasının Prezidenti Yun Sok Yol və AİB-in prezidenti Masatsuqu Asakava Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər, yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, postpandemiya dövründə yaranan yeni iqtisadi çağırışların dəstəklənməsi, region ölkələrinin inklüziv inkişaf problemləri, o cümlədən qlobal iqlim dəyişikliklərinə qarşı görülən tədbirlərdən danışıblar.

Qlobal miqyasda artan inflyasiya təzyiqlərinin region ölkələri üçün təsirsiz ötüşmədiyini bildirən M.Asakava hərtərəfli tərəqqi və artımın təmin edilməsində vacib olan qarşılıqlı əməkdaşlıq və inteqrasiyanın AİB üçün əsas çağırışlar olduğunu vurğulayıb.

Bankın Rəhbərlər Şurası AİB-in 2022-ci il üzrə illik hesabatının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2023-cü il üçün büdcənin təsdiqi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edib.

Rəhbərlər Şurasında təmsil olunan nümayəndə heyətlərinin rəhbərləri bank tərəfindən 2022-ci ildə görülən işləri yüksək qiymətləndirərək, inkişaf etməkdə olan ölkələrə bundan sonra da inkişafyönümlü kreditlərin verilməsi və texniki yardımların göstərilməsinin vacibliyini vurğulayıblar.

Mayın 4-də illik toplantı çərçivəsində keçirilən biznes sessiyada çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizin son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən bəhs edib. Nazir builki illik toplantının pandemiyadan sonra əyani formatda təşkil edilən ilk tədbir, əlamətdar hadisə kimi qiymətləndirərək, prezident M.Asakavanın rəhbərliyi ilə AİB-in pandemiya dövründə də güclü, sürətli, müvafiq və effektiv regional inkişaf bankı kimi fəaliyyətini davam etdirdiyini, pandemiya zamanı inkişaf etməkdə olan üzv ölkələrə ciddi dəstək göstərdiyini bildirib.

S.Şərifov çıxışında Ukraynadakı müharibə, artan inflyasiya, davam edən ərzaq böhranı və tədarük zəncirindəki daralmanın inkişaf etməkdə olan üzv ölkələrə böyük təzyiq göstərdiyinə diqqət çəkərək, bunlara paralel olaraq yaşıl keçid və iqlim dəyişikliyi kimi qlobal və uzunmüddətli problemlərin həllinə daha çox ehtiyac olduğunu vurğulayıb və bütün bunların daha sıx əməkdaşlıq şəraitində AİB kimi çoxtərəfli inkişaf institutlarının fəal iştirakını zəruri etdiyini deyib.

“Biz, həmçinin AİB-in kritik maliyyə boşluqlarının aradan qaldırılmasında və davam edən şoklara cavab verməkdə inkişaf etməkdə olan üzv ölkələrə dəstək verən sürətli ödəniş alətləri üzrə artan öhdəliklərini müsbət qiymətləndiririk”, - deyə S.Şərifov bildirib.

Maliyyə naziri çıxışında Azərbaycanın 30 ildən artıq işğal altında olan və 2020-ci ildə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərindən də danışıb. Bildirib ki, Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılmasını və keçmiş məcburi köçkün və qaçqınların öz doğma kəndlərinə, qəsəbələrinə və şəhərlərinə geri qaytarılmasını nəzərdə tutan Böyük Qayıdış proqramına start verib.

İşğal zamanı bütün fiziki və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edən S.Şərifov yenidənqurma tədbirlərindən əvvəl çoxlu sayda mina təmizləmə işlərinin həyata keçirilməli olduğunu vurğulayıb. Son 3 ildə Azərbaycanın yenidənqurma və bərpa işlərinə 6,6 milyard dollardan çox vəsait ayırdığını qeyd edən nazir regionun strateji coğrafi mövqeyinə görə böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.

İllik toplantı çərçivəsində maliyyə naziri Samir Şərifov bir sıra ikitərəfli görüşlər keçirib. Nazir AİB-in prezidenti Masatsuqu Asakava ilə görüşdə ölkəmizin iqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən islahatlar, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. S.Şərifov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə nəqliyyat dəhlizlərinin inkişafı regional əməkdaşlıq və inteqrasiya səylərinə böyük təkan verəcək və bununla da regionda uzunmüddətli sülh və tərəqqiyə nail olunacaq. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonalarının və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün böyük potensial var və bununla da gələcəkdə Avropaya, o cümlədən region ölkələrinə enerji təchizatının həyata keçirilməsində Azərbaycan əhəmiyyətli rol oynayacaq. O cümlədən 2020-ci ilin iyun ayında Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava və bankın rəhbərliyində təmsil olunan digər nümayəndələr arasında videokonfrans formatında keçirilən görüşü xatırladan S.Şərifov müzakirə edilən enerji, infrastruktur, suvarma, peşə təhsili, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələri vasitəsilə AİB-in Azərbaycanın dayanıqlı inkişafına göstərdiyi dəstəyin önəmini vurğulayıb. Öz növbəsində, Azərbaycanın davamlı iqtisadi inkişafını qeyd edən Masatsuqu Asakava ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirib. Eyni zamanda, AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayaraq, bu əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Bundan başqa, toplantı çərçivəsində nazir S.Şərifov Azərbaycanı bankın İdarə Heyətində təmsil edən avstraliyalı icraçı direktor Rachel Thompson ilə görüşüb. Görüşdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH