AZƏRBAYCANIN NEFT MƏHSULLARININ DÜNYA BAZARINA ÇIXARILMASINDA HEÇ BİR PROBLEM YOXDUR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a bildirmişdir ki, Gürcüstanın Kulevi yaşayış məntəqəsində yerləşən “Qara dəniz terminalı”nın yenidən qurulmasına yatırılmış investisiya bu ölkənin tarixində iqtisadiyyata yönəldilmiş ən böyük xarici maliyyə vəsaitidir.
Kulevi terminalı əsasən Azərbaycan neft məhsullarının Avropa bazarına çıxarılması ilə məşğul olacaqdır. Gələcəkdə isə buradan Qazaxıstan və Türkmənistana məxsus neft məhsullarının daşınması da planlaşdırılır.
Terminalın Şərq-Qərb enerji dəhlizində öz layiqli yerini tutacağını əminliklə deyən ARDNŞ prezidenti, Avropaya enerji daşıyıcalarının çatdırılması ilə bağlı alternativ yolların əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. Bildirilmişdir ki, bu gün Azərbaycanın neft məhsullarının dünya bazarına çıxarılması ilə bağlı heç bir problemi yoxdur və Kulevi terminalı ölkəmizin neft strategiyasında növbəti bir ştirixdir.
Qeyd edək ki, ARDNŞ Kulevidə yerləşən “Qara dəniz terminalı”nın yenidən qurulmasına 350 milyon ABŞ dolları vəsait qoymuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]