Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın Qızıl Aypara və Türkiyənin Qızıl Ay cəmiyyətlərinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Mərkəzi Qan Bankında Azərbaycanın Qızıl Aypara və Türkiyənin Qızıl Ay cəmiyyətlərinin təşkilatçılığı ilə “Canımız bir, qanımız bir” şüarı altında qanvermə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyaya qoşulan Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, türk iş adamları, Azərbaycanın Qızıl Aypara və Türkiyənin Qızıl Ay cəmiyyətlərinin üzvləri, tələbələr, könüllülər və s. həvəslə müayinədən keçərək qan veriblər.

Aksiya zamanı qanverənlər arasında Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, Milli Məclisin üzvü Məlahət İbrahimqızı və başqaları iştirak ediblər. Onlar xeyriyyə tədbiri barədə öz ürək sözlərini və fikirlərini də bölüşüblər.

Azərbaycan və Türkiyə qardaşlığından bəhs edən səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib: “Min illər boyu qan insan sağlamlığı ilə bağlı olan bir anlayışdır. Son yüz ildə qanın ehtiyacı olanlara köçürülməsi ilə əlaqədar elmi əsaslar və onun texniki məqamları çox təkmilləşib. Müasir tibbin böyük uğurlarına baxmayaraq, qanı əvəz edəcək bir maddə yoxdur. Ona görə də qan tələbatı donorların hesabına ödənilir. Bu mənada donorlar çox böyük və faydalı iş görür, öz həyatları boyu bir neçə dəfə ehtiyacı olanların dadına yetirlər. Bugünkü aksiya rəmzi xarakter daşısa da, onun böyük tibbi dəyəri var, çünki aksiya zamanı toplanan qan ehtiyacı olanlara həyat bəxş edəcəkdir”.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov aksiya haqqında bunları söyləyib: “Canımız bir, qanımız bir” Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türkiyənin Qızıl Ay Cəmiyyəti Bakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən humanitar aksiyanın məqsədi xəstəliklə üzləşmiş və qana ehtiyacı olanlara yardım göstərməkdən ibarətdir. Son zamanlar dünyada baş verən hadisələr, pandemiya, 44 günlük Vətən müharibəsi nəticəsində çoxlu şəhidlər və yaralılar olduğu halda təbii ki, qana böyük ehtiyac var. Səhiyyə Nazirliyi ilə birgə imzaladığımız əməkdaşlıq memorandumu çərçivəsində bu fəaliyyəti həyata keçiririk. Ümid edirəm ki, bu layihə xoş əks-səda doğuracaq, çünki bu gün “bir millət, iki dövlət” devizi “canımız bir, qanımız bir” devizi ilə davam etdirilir. Heç şübhəsiz ki, bundan sonra da bu birliyi öz fəaliyyətimizdə davam etdirəcəyik”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı aksiyanın əhəmiyyətindən bəhs edərək deyib: “Çox şükür ki, bu gün əksər xəstəxanalarda qan bankı var və qana olan ehtiyacı təmin edir. Ancaq baş verən zəlzələ, qanlı savaşlar nəticəsində qan ən çox axtarılan həyati nemətə çevrilir. Ona görə də bugünkü aksiya çox savab və xeyirxah işdir, eyni zamanda, qan verənlərin özləri üçün də sağlamlıq əhəmiyyəti daşıyır. Bugünkü aksiya Türkiyə-Azərbaycan qardaşlığını qan qardaşlığına çevirir. Türkiyə Qızıl Ay Cəmiyyətinin Şimaldan Cənuba, Şərqdən Bakıya ayaq basmadığı, əl uzatmadığı bir coğrafiya yoxdur. Bu təkcə yardım anlamında deyil, qardaş köməyidir və bunun ən bariz nümunəsini Vətən müharibəsi günlərində gördük. Bu gün Türkiyə Qızıl Ay Cəmiyyətinin Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə birlikdə görəcəyi çox iş var. Onlardan ən xeyirxah və faydalı olan bir təşəbbüsü olan bu qanvermə aksiyası nəticəsində dostluğumuzu və qardaşlığımızı nümayiş etdiririk”.

Milli Məclisin üzvü Məlahət İbrahimqızı Türkiyə Cümhuriyyətinin növbəti ildönümü ərəfəsində keçirilən aksiyanı yüksək dəyərləndirib: “Min illər keçsə də, türk dünyasının böyük şəxsiyyətləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin söylədiyi “Bir millər, iki dövlətik” sözləri bizim üçün bir yol xəritəsi olacaq. Biz bu gün bu sözlərin əməli ifadəsini görürük. Son illər Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində əlaqələrimiz ən yüksək səviyyəyə çatıb. Bu gün nə Azərbaycanda, nə də Türkiyədə qana ehtiyac yoxdur, lakin bu, bir növ qanımızın yeniləşməsi deməkdir. Qan olarsa, can var, can olarsa, həyat var. Bu simvolik və nəcib təşəbbüs çox yerinə düşür və onun təşkilatçılarına uğurlar arzulayıram”.

Aksiyada 150 nəfər iştirak edib. Bildirilib ki, analoji qanvermə aksiyaları bundan sonra da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Hindistanda dini yığıncaq zamanı yaranan izdihamda 27 nəfər ölüb

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub

“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

“Beril” qasırğası Karib hövzəsinə çatıb

® ABB “AKA Bank”la müqavilə imzalayıb

Kənd təsərrüfatı naziri Xaçmazda taxıl biçini prosesini izləyib

Filippinin 2025-ci il üçün büdcəsi 10 faizdən çox artıb

Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib

İtaliya Azərbaycandan yaşıl enerjinin idxalına maraq göstərir

“Oil & Gas Journal” Bakıda “Avro-5” standartlarına uyğun benzin və dizel yanacağının istehsalı kompleksinin istismara verilməsindən yazıb

İyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində ildırım çaxması və dolu yağmasının başvermə intensivliyi artıb, əhatə dairəsi genişlənib - AÇIQLAMA

Avropa Komissiyası hesab edir ki, “Meta” rəqəmsal bazarlar haqqında qanunu pozur

E.R.Bəşirovun Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

R.K.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Astarada banan, manqo, avakado yetişdiriləcək - tropik meyvə idxalından asılılıq minimuma enəcək – EKSKLÜZİV FOTO VİDEO

BDU ilə Türkiyənin Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir

Kuba dərinləşən böhran fonunda yeni “müharibə dövrü iqtisadiyyatı” tədbirlərini elan edir

Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər

Qərb Ukrayna üçün silah alınmasına 675 milyon dollar ayıracaq

Gürcüstanda Gəncə qapılarının bir hissəsinin saxlanıldığı məbəd kompleksi turistlər üçün bağlanıb

Vaqif Abdullayev: Azərbaycan-İsrail müttəfiqliyi xalqlarımızın möhkəm dostluğuna əsaslanır

Politico: Şolts nasizm qurbanı olan polşalılara təzminat vəd edir

Astana Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə hazırlaşır

Milli Depozit Mərkəzi depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırıb

Mərkəzi Bank: Bugünkü hərracda tələb 73,7 milyon dollar təşkil edib

Fərid Qayıbov: İşçi qrup MDB Oyunlarının yüksək səviyyədə təşkili üçün fəaliyyətə başlayıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Subregional Ofisinin rəhbəri: Azərbaycan nümunəvi ölkə statusundadır

İsveçrə Milli Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

Belarusda ikinci Atom Elektrik Stansiyasının tikilməsi planlaşdırılır

Milix Yevdayev: Azərbaycan din və dövlətin harmoniyasını yaradan nadir ölkələrdəndir

“Azəriqaz”ın rəhbərliyi Masallıda vətəndaşlarla görüşəcək

® ADORE və “Sabina” mağazalarında 50 faizədək yay endirimləri başladı!

“Maarifçi” təcrübə proqramını uğurla bitirənlərin 7-si BDU-nun tələbə və məzunudur

“Əl Ayn” nəşri COP29 haqqında geniş məqalə dərc edib

Cari ilin ilk 6 ayında Azərbaycana giriş etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb - EKSKLÜZİV