Azərbaycanın stolüstü tennisçisi kişilər arasında fərdi yarışların dörddəbir finalına yüksəlib
Bakı, 17 may, Bəhruz Vəliyev, Xanım Nağıyeva AZƏRTAC
Mayın 17-da stolüstü tennis üzrə kişilər arasında fərdi yarışların səkkizdəbir final mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, kişilərin yarışında dörddəbir finala Azərbaycandan Xinhanq Yu, Qətərdən Li Pinq, Nigeriyadan Olajide Omotayo, Türkiyədən Batuhan Ulucak, Ahmed Li; İrandan Nima Ələmiən Dərounkoəlei, Noşad Ələmiyən Derounkoəlei; Səudiyyə Ərəbistandan Əli Əlkhədrəvi yüksəliblər.
Azərbaycan təmsilçisi Xinyu Yanq səkkizdəbir finalda türkiyəli Batuhan Ulucaqa məğlub olub - 3:4. Digər təmsilçimiz Xinhanq Yu isə nigeriyalı Ojo Onaolapo 4:1 hesabı ilə qalib qəlib.