AZƏRBAYCANIN VALYUTA EHTİYATLARI 9 MİLYARD DOLLAR HƏCMİNDƏDİR
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir ki, biz öz valyuta ehtiyatlarımızı artırırıq. Bu günə olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 9 milyard dollar həcmindədir. Ölkəmizdə uğurlu neft strategiyasının icrası nəticəsində bu il böyük artım gözlənilir. Bu, bizə əlavə güc, əminlik və imkan verir ki, ölkəmizin müstəqil siyasətini daha da inamla irəliyə aparaq, Azərbaycan xalqının milli maraqlarını müdafiə edək.
Dİqqət mərkəzində olan sosial məsələlərin həlli, ilk növbədə, ölkənin iqtisadi imkanlarına bağlıdır - deyən Prezident vurğulamışdır ki, 5-10 il bundan əvvəlki iqtisadi imkanlarımız geniş sosial proqramların həlli üçün yetərli deyildi. Bu gün isə iqtisadi artım nəticəsində, ölkədə gedən əsaslı iqtisadi və siyasi islahatlar, liberal siyasət nəticəsində sosial proqramlarımızın icrası üçün də yaxşı imkanlar var.
Dövlət başçısı bu il ərzində minimum əmək haqqının və minimum pensiyanın məbləğinin bir dəfə artırılacağını, büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların sosial müdafiəsinin daha da gücləndirilməsinin zəruriliyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]