“AZƏRBAYCANIN VERGİ SİSTEMİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU” MÖVZUSUNDA ELMİ KONFRANS
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Dövlət İqtisad Universitetində Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın vergi sisteminin inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi konfrans keçirilmişdir.
Respublikanın müxtəlif ali məktəblərində təhsil alan tələbə və magistrlərin iştirak etdikləri tədbir ulu öndərin 85 illik yubileyi ilə əlaqədar Vergilər Nazirliyində təsqid olunmuş müvafiq plana əsasən təşkil olunmuşdur.
Əvvəlcə vergilər naziri Fazil Məmmədov, Milli Məclisin daimi komissiyalarının sədrləri - Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, akademik Ziyad Samədzadə, Rəbiyyət Aslanova, parlamentin deputatı Xanhüseyn Kazımlı ali məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Konfransın ümumi iclasında professor Şəmsəddin Hacıyev ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yad edildiyini vurğulamış, ulu öndərin zəngin və dəyərli fəaliyyətinin gələcək nəsilllər üçün örnək olduğunu bildirmişdir.
Natiq respublikada həyata keçirilən iqtisadi islahatlara da toxunmuşdur. Vurğulanmışdır ki, müdrik siyasətçinin rəhbərliyi altında başlanmış islahatlar Azərbaycanın inkişafının təməlidir və bu gün də uğurla davam etdirilir.
Ş.Hacıyev Vergilər Nazirliyinin təşkil etdiyi tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, Heydər Əliyevin yaratdığı maddi və mənəvi dəyərlərin mahiyyətini, əhəmiyyətini dərindən dərk etmək, onları həyata keçirmək bu gün hər bir azərbaycanlının borcudur.
Fazil Məmmədov bildirmişdir ki, dünya şöhrətli müdrik siyasətçi, nadir şəxsiyyət Heydər Əliyevin çoxşaxəli, ümumbəşəri xarakter daşıyan və beynəlxalq aləmdə geniş əks-səda doğuran siyasi-ictimai fəaliyyətini təhlil etmək, araşdırmaq bugünkü və gələcək tariximizin bütün mərhələlərində aktualdır və çox mühüm əhəmiyyət kəsb edir.
F.Məmmədov Azərbaycanda maliyyə-büdcə siyasətinin formalaşdırılmasında, iqtisadi potensialın artırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında vergi sisteminin özünəməxsus rolu olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu mənada respublikada vergi sisteminin daha da təkmilləşdirilməsi və müasir tələblərə cavab verən vergi xidmətinin yaradılması daim böyük əhəmiyyət kəsb etmiş, uğurla aparılan iqtisadi islahatlara paralel olaraq bu sistemdə də dəyişikliklərin, yeniliklərin həyata keçirilməsi obyektiv zərurətə çevrilmişdir. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin bilavasitə rəhbərliyi altında ölkədə çevik vergi siyasətinin həyata keçirilməsi, onun vahid hüquqi bazasının yaradılması, vergi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və səmərəliliyinin artırılması istiqamətlərində məqsədyönlü islahatlar aparılmışdır. Natiq gənc respublikada vergi sisteminin təşəkkül prosesinin iki mərhələdən ibarət olduğunu diqqətə çatdırmış və bu mərhələləri geniş təhlil etmişdir.
Nazir konfransın başlıca məqsədinin vergi sisteminin inkişafında ulu öndər Heydər Əliyevin rolunu, bu sahədə onun zəngin və dəyərli fəaliyyətini, ali ideyalarının mahiyyətini dərk etməkdən ibarət olduğunu da xüsusi vurğulamışdir.
Sonra konfrans “Milli iqtisadiyyatın inkişaf modelində vergi siyasəti”, “Azərbaycan Respublikasının vergi qanunvericiliyi və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi”, “Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətləri” bölmələrində işini davam etdirmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 06.06.2026 [15:21]
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
- 06.06.2026 [15:20]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:14]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [15:06]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 06.06.2026 [14:54]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [14:20]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [13:27]
Sabahın hava proqnozu açıqlanıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [13:04]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
- 06.06.2026 [12:53]