Azərbaycanlı alim Baltik ölkələrinin forumunda mədəni-humanitar əməkdaşlıqdan danışıb
Bakı, 11 noyabr, AZƏRTAC
Sankt-Peterburq Dövlət Universitetinin təşkilatçılığı ilə Baltik ölkələrinin 11 Forumu çərçivəsində keçirilən “Böyük Baltik: tarixi-mədəni irs, etnomədəni və təhsil spesifikası” beynəlxalq konfransının ilk günündə “GƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq QHT-nin İdarə Heyətinin sədrinin birinci müavini, İCOMAM (hərb tarixi, hərbi muzeylər və silah kolleksiyaları üzrə) Beynəlxalq komitənin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov “Mədəni-humanitar əməkdaşlıq, dövlətləri birləşdirən xalq” adlı məruzəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan alimi ilə yanaşı, Belarusdan, Livandan, Polşadan, Latviyadan, Moskva və Sankt-Peterburq şəhərindən alimlər, KİV nümayəndələri, analitiklər, politoloqlar, Rusiya XİN-in tədqiqatçıları, Avrasiya mədəni və ictimai təşəbbüslər təşkilatlarının nümayyəndələri iştirak ediblər.
Tədbirin əsas müzakirə mövzuları, azsaylı xalqların mədəni və qeyri-maddi irsi sahəsində region dövlətlərinin əməkdaşlığı olub.