Azərbaycanlı müğənni Kolmarda tibb işçilərinə dəstək məqsədilə təşkil olunmuş onlayn konsertdə iştirak edib
Kolmar, 26 aprel, AZƏRTAC
Fransanın Kolmar şəhərində tibb işçilərini dəstəkləmək məqsədilə təşkil olunmuş onlayn konsertdə 13 musiqiçi arasında azərbaycanlı bəstəkar və vokalist İlahə Ahui də iştirak edib.
Konsert NRJ radiosunun rəhbərlərindən olan Paskal Veillin təşəbbüsü ilə “Bizə kömək və bizi müdafiə edənlərə həmrəylik” adlı qrup tərəfindən təşkil edilib.
İlahə Ahui konsertdə Tofiq Quliyevin “Lirik mahnı”sını və bir sıra xarici musiqilər ifa edib.
Qeyd edək ki, 2012-ci ildə Kolmar şəhərinin konservatoriyasının dirijorluq və vokal sinfinə daxil olan İ. Ahui yerli xor qruplarına dirijorluq edir, Azərbaycan mahnılarını və öz bəstələrini səsləndirir. Hazırda azərbaycanlı dirijor və vokalist iki xor qrupuna və bir orkestrə rəhbərlik edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kolmar