İDMAN
AZƏRBAYCANLI TƏLƏBƏ ÇİN QIZIL XAÇ CƏMİYYƏTİNİN QIZIL MEDALINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dillər Universiteti (ADU) roman-german filologiyası fakültəsinin üçüncü kurs tələbəsi, “İrəli” Ümumrespublika Gənclər Hərəkatının və Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllülər təşkilatının üzvü Nəsibə İmanverdiyeva yeni bir uğura imza atmışdır.
Azərbaycanlı tələbə Çin Qızıl Xaç Cəmiyyətinin Pekində keçirilmiş XXIX Yay Olimpiya oyunları ilə əlaqədar təsis etdiyi “Həyat naminə” qızıl medalına layiq görülmüşdür. Nəsibə İmanverdiyeva bu qızıl medala Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafında fəal iştirakına görə təltif olunmuşdur.
ADU-nun tələbəsi bu ilin ötən dövründə üç dəfə qanvermə aksiyasının fəal iştirakçısı olmuşdur. Onun bu istiqamətdə sonuncu humanitar addımı iyunun 1-də Uşaqları Beynəlxalq Müdafiə gününə təsadüf etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [13:51]
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
- 06.05.2024 [13:47]
Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb
- 06.05.2024 [13:12]
Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək
- 06.05.2024 [13:02]
Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO
- 06.05.2024 [12:41]
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
- 06.05.2024 [12:22]
Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq
- 06.05.2024 [11:21]
“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb
- 06.05.2024 [11:07]