Azərbyacan alimləri Almaniyada təcrübə proqramında iştirak etmişlər
Bakı, 28 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun biopolimerlərin və toksinlərin spektroskopiyası laboratoriyasının rəhbəri, professor Oqtay Qasımov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rasim Aslanov Almaniyanın Karlsrue şəhərində elmi ezamiyyətdə olmuşlar.
AMEA-nın Fizika İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, 10 günlük təlim müddətində EPR cihazı həm elmi, həm də praktiki cəhətdən öyrənilmişdir.
Təlimin sonunda Azərbaycan alimlərinə sertifikatlar təqdim olunmuşdur.
Xatırladaq ki, ezamiyyət Almaniyanın “Bruker Biospin” şirkəti, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı və “Yeni nəsil texnologiyalar üçün spin-polyarlaşmış və spin- nişanlanmış sistemlər” pilot layihəsi çərçivəsində maliyyələşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]