“Azercell” abunəçilərə yeni internet paketi təklif edir
Bakı, 2 mart, AZƏRTAC
“Azercell Telekom” martın 2-dən etibarən 4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində 4G MiFi cihazını alan abunəçilərə ilk ay LİMİTSİZ internet paketi təqdim edilir. Nəticədə, abunəçi 80 AZN ödəməklə, 4G MiFi + 4G dəstəkli Simsim DATA nömrə + bir aylıq LİMİTSİZ internet paketinə sahib olur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir ki, bu da abunəçiyə rahat şəkildə internetdən istifadə imkanı yaradır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, verilən hədiyyənin istifadə müddəti 30 gündür. Hədiyyənin həcmi 30 gündən tez bitərsə, “Azercell” abunəçisini yenə də internetsiz qoymur. Abunəçi müddətin sonunadək limitsiz həcmdə və pulsuz internetdən istifadə edə bilər.
Kampaniya çərçivəsində abunəçi ikinci ay cəmi 10 AZN ödəməklə 10 GB internet paket əldə edə bilər. Bunun üçün abunəçi müvafiq SERFELİ açar sözü 2525-ə göndərilməlidir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.