Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRENERJİ” SƏHMDAR CƏMİYYƏTİNİN PREZİDENTİ ETİBAR PİRVERDİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları, xanımlar və cənablar!

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün Sizin uğurla, ardıcıllıqla davam etdirdiyiniz daxili və xarici siyasət xətti ölkəmizin sürətli sosial-iqtisadi inkişafını təmin etmişdir.

Möhtərəm cənab Prezident!

Sizin təşəbbüsünüz və bilavasitə rəhbərliyinizlə milli energetika sistemində həyata keçirilən islahatlar, genişmiqyaslı quruculuq işləri ölkənin iqtisadi infrastrukturunun bu mühüm sahəsinin qısa müddətdə müasirləşdirilməsi, onun potensialının gücləndirilməsi üçün böyük imkanlar açmışdır. 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına, 2005-2015-ci illərdə yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramları, respublikamızda elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamın icrası öz bəhrəsini verir. Azərbaycanın malik olduğu müstəqil energetika sistemi yeni generasiya gücləri hesabına daha da möhkəmlənir.

Möhtərəm cənab Prezident!

Son illər Sizin iştirakınızla bünörəsi qoyulmuş iri energetika obyektlərində işlər nəzərdə tutulmuş müddətlərdə həyata keçirilir. Bu ilin fevral ayında həmin obyektlərdən biri - Astara modul tipli elektrik stansiyası istifadəyə verilmişdir. Bu gün isə Şəki elektrik stansiyası işə salınır.

Noyabr ayında 87 meqavat gücü olan Xaçmaz elektrik stansiyasında sınaq-sazlama işləri başa çatdırılacaqdır. İlin sonuna qədər 87 meqavat gücündə Naxçıvan elektrik stansiyası, gələn ilin yanvar ayında isə 104 meqavat gücündə Bakı elektrik stansiyasında işlər tam yekunlaşacaqdır.

Şəki elektrik stansiyasının tikintisi üzrə baş podratçı Finlandiyanın “Vartsila” şirkəti olmuşdur və elektrik avadanlıqları isə İsveçrənin “ABB” şirkətinindir. Burada tikinti, quraşdırma, sazlama işləri Azərbaycanın “Azenko” şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın ümumi gücü 87 meqavatdır. Burada hər birinin gücü 8,7 meqavat olan 10 aqreqat quraşdırılmışdır. Stansiyanın avadanlığı ən müasir standartlara cavab verir. Elektron idarəetmə sistemi isə aqreqatların istismarını sadə və asan edir. Onlar qısa müddətdə işə salına və dayandırıla bilər. İstehsal zamanı atmosferə buraxılacaq tullantıların həcmi minimaldır. 1 kilovat-saat elektrik enerjisinin hasili üçün qazın sərfi 0,23 kubmetr və ya 267 qram şərti yanacaq təşkil edir. Stansiyanın işləməsi üçün cəmi 6 atmosfer təzyiqində təbii qazın verilməsi kifayətdir. Müqayisə üçün demək istərdim ki, bu, müasir qaz turbinlərinin işləməsi üçün bundan 4 dəfə çox, yəni 24-26 atmosfer təzyiqi tələb olunur. Stansiyada ümumi gücü 125 meqavolt-amper olan 5 transformator quraşdırılmışdır.

Şəki stansiyasını ənənəvi üsulla tikilən stansiyalardan fərqləndirən bir cəhət də burada qapalı soyutma sisteminin quraşdırılmasıdır. Burada stasionar yanğınsöndürmə sistemləri, mühərriklərin avtomatik olaraq yağla doldurulması sistemi də quraşdırılmışdır. Stansiyada ümumi sahəsi 1600 kvadratmetr olan 2 bina tikilmiş, ərazidə müasir standartlara cavab verən 2 vertolyot meydançası inşa edilmişdir. Ümumi uzunluğu 800 metrə çatan drenaj kanalları qazılmışdır. Bir kilometr uzunluğunda daxili asfalt yollar və ağır yüklərin gətirilməsi üçün nəzərdə tutulmuş köməkçi yollar çəkilmişdir. Stansiya texniki və içməli su ilə təchiz edilmişdir. Ümumi uzunluğu 20 kilometrdən çox olan 110 kilovoltluq elektrikötürmə xətləri, bir kilometrlik qaz kəməri çəkilmişdir.

Tikinti müddətində burada 500-dən çox adam işləmişdir. Hazırda burada çalışan işçilərin sayı 150 nəfərdir. Stansiyanın faydalı iş əmsalı 46 faizdir və ildə 600 milyon kilovat-saat elektrik enerjisi istehsal edə bilər. Müqayisə üçün demək istərdim ki, 2005-ci ildə Şəki-Zaqatala iqtisadi zonasına daxil olan rayonların istifadə etdikləri elektrik enerjisi 530 milyon kilovat-saat olmuşdur. Bu stansiya Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının əhalisinin tələbatını tam şəkildə ödəyəcək və burada əlavə sənaye və qeyri-sənaye obyektlərinin tikintisinə şərait yaranacaqdır. Stansiyanın istismara verilməsi ilə bu bölgədəki rayonları qidalandıran xətlərdə itkilərin həcmi əhəmiyyətli dərəcədə aşağı düşəcək, elektrik enerjisinin keyfiyyət göstəriciləri ciddi şəkildə yaxşılaşacaqdır.

Möhtərəm cənab Prezident!

Sizin iştirakınızla təməli qoyulmuş və icrasına başlanmış digər layihələr üzrə işlər də müəyyən olunmuş cədvəllərə uyğun olaraq davam edir. 2005-ci ilin avqust ayında Sizin tərəfinizdən tikintisinə start verilmiş 517 meqavat gücündə Sumqayıt İstilik Elektrik Stansiyasının tikintisi uğurla həyata keçirilir. Stansiyanın istismara verilməsi nəticəsində Sumqayıt şəhərinin və ümumiyyətlə, Abşeron yarımadasının elektrik enerjisi təchizatının dayanıqlılığı xeyli artacaqdır. 2006-cı ilin avqust ayında Sizin tərəfinizdən təməli qoyulmuş 220 kilovoltluq Salyan yardımçı stansiyası Azərbaycan və İran dövlətləri arasında elektrik enerjisi mübadiləsinin texniki imkanlarının artırılması layihəsinin tərkib hissəsidir. Bu layihə üzrə işlər 2007-ci ilin sentyabr ayında başa çatdırılacaqdır. Layihə çərçivəsində təxminən 350 kilometrlik yüksəkgərginlikli elektrikötürmə xətləri çəkiləcəkdir. Eyni zamanda, 330 kilovoltluq İmişli-Əli Bayramlı və 220 kilovoltluq Masallı yardımçı stansiyalarında yenidənqurma işləri aparılacaqdır. Layihənin həyata keçirilməsi iki qonşu dövlət arasında elektrik enerjisi mübadiləsini hazırkı 200 meqavatdan 700 meqavata çatdıracaqdır. Nəticədə Naxçıvan Muxtar Respublikasının və cənub rayonlarının elektrik enerjisi ilə təchizatı əsaslı surətdə yaxşılaşacaqdır.

Möhtərəm cənab Prezident!

2004-cü ilin yay ayında Azərbaycan DRES-də olduğunuz vaxt bizə verdiyiniz tapşırığa əsasən, 5-ci blokda yenidənqurma işlərinə başladıq. 2006-cı ilin fevral ayında bu işlər başa çatdırıldı və 5-ci blok sistemə qoşuldu. Enerji blokunun gücü təxminən 2 dəfə artırıldı. Yəni əvvəlki 170 meqavatdan hazırda 330 meqavata çatdırılmışdır. Əgər əvvəllər həmin blokda 1 kilovat-saat elektrik enerjisinin istehsalı üçün 401 qram şərti yanacaq sərf edilirdisə, indi bu rəqəm 320 qrama enmişdir.

Digər enerji bloklarının yenidən qurulması üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar başa çatdırılmışdır. Sizin göstərişiniz olduğu təqdirdə, bu layihənin həyata keçirilməsinə başlaya bilərik. Blokların tamamilə yenidən qurulması nəticəsində energetika sistemi 450 meqavat yeni güc əldə edəcəkdir.

Səngəçalda elektrik stansiyasının inşası üçün optimal texnologiyaların seçilməsindən ötrü 2005-2006-cı illər ərzində mütəxəssislər tərəfindən tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar nəticəsində Səngəçalda Finlandiyanın “Vartsila” şirkətinin istehsal etdiyi 300 meqavat gücündə yeni stansiyanın inşası məqsədəuyğun hesab edilmişdir. Digər stansiyalardan onun fərqi bundadır ki, burada həm qaz, həm də mazut yanacağından istifadə olunacaqdır. Bu stansiya Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir.

Alternativ enerji mənbələrindən istifadə edilməsi sahəsində də müəyyən işlər görülür. Abşeronda külək enerjisi qurğularının və respublikanın bir sıra çayları üzərində su elektrik stansiyalarının tikintisinin mümkünlüyü araşdırılır.

Möhtərəm cənab Prezident!

Cari ilin iyul ayında Sizin yanınızda keçirilmiş müşavirədə əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, ilin sonunadək bütün istehlakçıların sayğaclaşdırılması, elektrik enerjisi haqlarının tam həcmdə yığılmasının təmin edilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Bu tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Hazırda “Azərenerji” tərəfindən 46 rayonda 200 mindən çox sayğac quraşdırılmışdır. Sentyabr ayında rayonlar üzrə yığım 74 faiz olmuşdur.

Möhtərəm cənab Prezident!

Bügunkü mərasim xalqımız tərəfindən Prezident seçilməyinizin 3 illiyinə, Sizin Sərəncamınızla təsis edilmiş energetiklərin peşə bayramına və Azərbaycan İstilik Elektrik Stansiyasının 25 illiyi ərəfəsinə təsadüf edir. Ulu öndərimizin milli energetikamıza ən böyük töhfələrindən olan bu stansiyanın yaranması ilə əlaqədar olan belə bir əlamətdar günün təsis edilməsi energetiklərin əməyinə göstərdiyiniz diqqət və qayğının təzahürüdür. Bu diqqət və qayğıya, həmçinin energetiklərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyiniz tədbirlərə görə energetika sisteminin çoxsaylı əmək kollektivləri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Sizi əmin edirəm ki, ölkə energetikləri sosial-iqtisadi inkişafın sürətləndirilməsində daha böyük əzmkarlıq nümayiş etdirəcək, Sizin bütün tapşırıqlarınızı və tövsiyələrinizi layiqincə yerinə yetirəcəklər.

Çıxışımın sonunda fürsətdən istifadə edərək, stansiyanın tikintisində çalışan, bu işdə əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Hamınızı stansiyanın işə salınması münasibətilə təbrik edirəm.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb