“AZERFON” YENİ TARİF PLANI TƏQDİM ETMİŞDİR
“Azerfon” MMC (“Nar Mobile” ticarət nişanı) aprelin 7-dən etibarən öz abonentlərinə “Həvəskar” tarif planını təqdim etmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, yeni tarif planını seçmiş “Nar Mobile” abonentləri səsli zənglər, SMS, MMS, GPRS kimi mobil rabitə xidmətlərinə çəkilən xərclərə görə pulsuz danışıq vaxtı, SMS, MMS və ya GPRS (mobil internet) şəklində müxtəlif bonuslar, 4 müxtəlif rejimdən birini seçə bilərlər. Seçilmiş rejimdən asılı olmayaraq abonentlər abunə haqqı ödəmədən Azərbaycan daxilində bütün zənglərin 1 dəqiqəsi üçün 12 qəpik, 1 SMS üçün 6 qəpik, 1 MMS üçün 10 qəpik və 100 kb internet trafik üçün 10 qəpik ödəyəcəklər.
"Danışmaq həvəskarı" tarif planında abonent gün ərzində səsli zənglər, SMS, MMS, GPRS kimi mobil rabitə xidmətlərinə xərclədiyi vəsait üçün pulsuz şəbəkədaxili zənglər şəklində 6 dəqiqəyədək bonus əldə edir. Bu tarif planına qoşulmaq üçün *777#2351#YES nömrəsinə sorğu göndərmək kifayətdir.
"SMS həvəskarı" tarif planında abonent gün ərzində səsli zənglər, SMS, MMS, GPRS kimi mobil rabitə xidmətlərinə xərclədiyi vəsait üçün 12 SMS-ə qədər bonus qazanır. Bu tarif planına qoşulmaq üçün *777#2352#YES nömrəsinə pulsuz sorğu göndərmək kifayətdir.
"MMS həvəskarı" tarif planında abonent gün ərzində səsli zənglər, SMS, MMS, GPRS kimi mobil rabitə xidmətlərinə xərclədiyi vəsait üçün 12 MMS-ə qədər bonus qazana bilər. Bu tarif planına qoşulmaq üçün *777#2353#YES nömrəsinə pulsuz sorğu göndərmək kifayətdir.
"İnternet həvəskarı" tarif planında abonent gün ərzində səsli zənglər, SMS, MMS, GPRS kimi mobil rabitə xidmətlərinə xərclədiyi vəsait üçün pulsuz internet trafik şəklində hər gün 1200 kb-dək bonus qazana bilər. Bu tarif planına qoşulmaq üçün *777#2354#YES nömrəsinə pulsuz sorğu göndərmək kifayətdir.
Toplanmış bonuslar haqqında məlumat almaq üçün *777#20#YES şifrəsini yığmaq kifayətdir.