“Azəriqaz” qaz sərfiyyatı ilə bağlı göndərilən SMS bildirişləri haqqında məlumat verib
Bakı, 2 sentyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı qaz sərfiyyatı ilə bağlı göndərilən SMS bildirişləri haqqında məlumat verib.
AZƏRTAC xəbər verir ki, baş direktorun sözlərinə görə, SMS bildirişləri abonent bazasında abonentlərin müqaviləsinin elektronlaşdırılması üçün heç kimə zəng etmədən, imkan olduğu zaman “ASAN xidmət” mərkəzinə müraciət edərək yenidən müqavilə bağlanması məqsədini güdür: “Bazada 25 faiz abonentin müqaviləsi olmadığı üçün bu tədbir görülür. Bu müddət ərzində hələki qaz dayandırılması və digər hallar həyata keçirilmir. Müqavilələr birdəfəlik bağlanır və hər il vaxtı uzadılır”.
R.Əliyev, həmçinin payız-qış mövsümü ilə bağlı hazırlıqların davam etdiyini də qeyd edib: “Hazırlıqlardan əlavə müxtəlif təmir planları da həyata keçirilir. Təmir planının bu günə 70 faizi icra olunub. Noyabrın 1-nə qədər tam yerinə yetirilməsi planlaşdırılır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]