“Azəriqaz” rəhbərliyi Xızı və Siyəzən sakinlərinin müraciətlərini dinləyəcək
Bakı, 5 may AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) rəhbərliyinin Xızı və Siyəzən sakinləri ilə görüşü olacaq.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul mayın 8-də saat 11:00-da Xızı rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüş zamanı Xızı və Siyəzən sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 73 13; 023 31 5 04 53) müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]