“Azəriqaz”ın rəsmi saytı yenilənib
Bakı, 23 sentyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bu gündən istifadəyə verilən “Azəriqaz”ın rəsmi saytının yeni versiyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, baş direktorun sözlərinə görə, yeni saytın köhnə versiyasından fərqi və üstünlükləri çoxdur.
Yeniliklərdən biri ondan ibarətdir ki, sayt artıq 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Həmçinin abonentlərin rahatlığı və daha asan əlçatanlığı üçün elektron xidmətlər, mobil çat bölməsi də istifadəyə verilib. Bundan başqa, iş üçün müraciət etmək istəyənlərə karyera bölməsi yaradılıb.
Regionlarda fəaliyyət göstərən qurumların ünvanı və telefon nömrələri, həmçinin bütün sosial şəbəkələrə çıxışı da sayta yerləşdirilib. Saytın yeni dizaynında görmə qüsurlu olan şəxslərin də nəzərə alındığı qeyd edilib.
R.Əliyev bildirib ki, “ASAN xidmət”də göstərilən 22 xidmətin 8-i elektronlaşdırılıb, yaxın gələcəkdə isə bu xidmətlərin sayı çoxaldılacaq.
Baş direktor qısa müddətdə digər yeniliklərin də olacağını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:43]
ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb
- 08.06.2026 [15:37]
Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]