İQTİSADİYYAT
“Azərsu” ASC-in Bakı Sukanal İdarəsinin 11 rayon departamentində müştəri xidmətləri şöbəsi yaradılmışdır
Bakı, 26 yanvar (AZƏRTAC). İçməli su və kanalizasiya xidmətlərindən istifadə edən istehlakçıların müraciətlərinə operativ baxılması və həlli məqsədi ilə “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı Sukanal İdarəsinin 11 rayon departamentində müştəri xidmətləri şöbəsi yaradılmışdır. Yeni yaradılan şöbə həm əhali, həm də qeyri-əhali abunəçiləri ilə müqavilələrin bağlanması, onlardan daxil olan ərizə, şikayət və təkliflərin araşdırılması, yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması ilə məşğul olacaqdır.
“Azərsu” ASC-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, abunəçilərdən daxil olmuş müraciətlərin hər biri müştəri xidmətləri şöbəsində qeydiyyata alınacaq və araşdırmaların nəticələri barədə onlara məlumat veriləcəkdir. Rayon Sukanal departamentlərində müştəri xidmətləri şöbəsinin yaradılması istehlakçılarla münasibətləri tənzimləməklə yanaşı, mübahisələrin yerli səviyyədə operativ həllinə imkan verəcəkdir.
Abunəçilər müştəri xidmətləri şöbələrinə aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərlər: Sabunçu rayonu- 429-62-96, Suraxanı rayonu- 477-90-47, Xəzər rayonu- 454-08-13, Nizami rayonu- 511-74-63, Nəsimi rayonu- 530-26-67, Səbail rayonu- 492-07-34, Yasamal rayonu- 432-01-34, Xətai rayonu- 379-20-86, Nərimanov rayonu- 562-64-88, Binəqədi rayonu- 555-13-65, Qaradağ rayonu- 445-07-27.