Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərxalça”da xalçaçıların ümumrespublika konfransı keçirilib

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xalçaçıların ümumrespublika konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətində davam edən tədbirdə ölkə başçısının “Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 4 may 2018-ci il tarixli Sərəncamı oxunub.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək “Xalçaçı Günü” peşə bayramının təsis olunmasının əhəmiyyətindən, ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli xalçaçılığın inkişafı istiqamətində görülən işləri bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına, milli dəyərlərimizin qorunmasına göstərilən diqqət kimi dəyərləndirib, ölkə rəhbərinin qayğısı ilə “Azərxalça”nın bu sahədə böyük işlər gördüyünü bildirib. Akademik xalçaçılığın elmi cəhətdən araşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, xalçaçılığa həsr olunan kitablardan bəhs edib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxışında bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mayın 5-i “Xalçaçı Günü” peşə bayramı kimi qeyd olunur. Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, ulu öndərimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlərin keçirildiyi günlərdə qeyd edirlər.

Vidadi Muradov deyib ki, ölkəmizdə digər sahələr kimi, xalçaçılığın da inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Hələ sovet dövründə xalçaçılığın geniş şəkildə tədqiqinə süni maneələr yaradıldığı bir zamanda ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. Ötən əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi Ulu Öndərimizin müstəqil Azərbaycanın qurulması yolundakı mühüm xidmətlərindən biridir.

“Müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina inşa edilib, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri yaradılıb. Bu sahədə görülən işlərin zirvəsi isə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Cəmiyyətin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filialları fəaliyyətə başlayıb. "Azərxalça"nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilib, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülüb. Prezident İlham Əliyevin iştirakı ilə cəmiyyətin Füzuli, Şəmkir, Quba, bu il mayın 4-də isə Xaçmaz filiallarının açılışı olub. Dövlət başçısının sərəncamları ilə yeni xalça istehsalı emalatxanalarının tikintisi üçün vəsait ayrılıb və tikinti işlərinə başlanılıb. Bu il Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Tərtər, Goranboy və Şabran rayonlarında da xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaq”, - deyə Vidadi Muradov bildirib.

Qeyd olunub ki, xalça emalatxanalarının yaradılması ilə yanaşı, xalça toxunması üçün lazım olan xammalın da ölkəmizdə istehsalı qarşıya qoyulan vəzifələrdən biridir. Hazırda Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça”nın Yun-Əyirici Boyaq Fabriki inşa olunur. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrikdə İtaliya, Fransa və Türkiyədən gətiriləcək müasir avadanlıqlar quraşdırılacaq. Fabrikin xammalla təmin olunması üçün ölkəmizin müxtəlif bölgələrində yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılmasına başlanılıb. 2018-ci ilin sonuna qədər Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binaların tikintisinin başa çatdırılması nəzərdə tutulub.

Bildirilib ki, bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Prezidentin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Bu dövlət proqramı qarşıdakı 5 ildə xalçaçılığın inkişaf perspektivlərini özündə əks etdirir. Bundan başqa, xarici xalça bazarlarının araşdırılması və yerli xalça istehsalçılarının məlumatlandırılması işi həyata keçirilib, “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılıb, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi istiqamətində tədbirlər görülüb.

Azərbaycan Prezidentinin “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir” sözlərini xatırladan Vidadi Muradov bildirib ki, dövlət başçısı xalçaçılığa ikinci həyat verib, bu sənət sahəsinin yaşadılmasını təmin edib, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsini yaradıb. Ölkə rəhbərimizin qayğısı ilə yaradılmış və yaradılması davam etdirilən emalatxanalar minlərlə xalçaçını sevindirib, onların bu sənətin gələcəyi ilə bağlı itirilmiş inamını və ümidini özünə qaytarıb. İndi Azərbaycan xalçaçıları nəinki dövlət başçısının onlar üçün yaratdığı emalatxanalarda işləyərək möhtəşəm xalçalar toxuyurlar, həm də ikinci ildir ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş peşə bayramlarını qeyd edirlər.

Tədbirdə çıxış edən professor Kübra Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça”nın Ağdam filialının müdiri Ceyran Əliyeva, İsmayıllı filialının müdiri Zemfira Ələsgərova peşə bayramı münasibətilə xalçaçıları təbrik ediblər.

Sonra bir qrup toxucuya “Azərxalça”nın fəxri fərmanı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı