“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətindən
Əziz İlham Heydər oğlu,
Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Sizi səmimi qəlbdən təbrik edir, İsraildə yaşayan bütün çoxminlik azərbaycanlılar icması adından Sizə və Azərbaycan xalqına sülh, səadət və firavanlıq arzulayır.
Sizin Prezident vəzifəsində fəaliyyətinizin lap əvvəlindən Azərbaycan yaxşılığa doğru dəyişməyə başlamış və dünyada ən qabaqcıl, sürətlə inkişaf etməkdə olan ölkələrdən birinə çevrilmişdir. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda ən nüfuzlu və iqtisadi baxımdan cəlbedici ölkələrdən biri olmuşdur. Məhz son illərdə dünyada Azərbaycanı çox qədim tarixə, zəngin mədəniyyətə və gözəl milli ənənələrə malik bir ölkə kimi tanımışlar.
Biz, hazırda İsraildə yaşayan azərbaycanlılar öz Vətənimizlə həmişə fəxr etmişik. Lakin indi Zati-alinizin rəhbərliyi ilə ölkəmizin günbəgün yaxşılığa doğru dəyişdiyi, bütün dünyanın ən gözəl, sivil və cəlbedici dövlətlərindən birinə çevrildiyi vaxtda biz aydın başa düşürük ki, bu, ilk növbədə Sizin xidmətlərinizin bəhrəsidir. Azərbaycanlılar Sizin kimi müdrik, məqsədyönlü, mütərəqqi, həyat və fəaliyyətinin yüksək amalı öz Vətəninə, öz xalqına xidmət etməkdən ibarət olan liderə layiqdirlər.
Sizə ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni uğurlar və ümumxalq sevgisi arzu edirik.
Hörmətlə,
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyasının idarə heyəti