Aztəminatlı ailələrin uşaqlarına kitab hədiyyə edilib
Bakı, 26 aprel, AZƏRTAC
Ramazan ayında azyaşlı kitabsevərləri sevindirmək və onları mənəvi qida ilə təmin etmək üçün Məşədi Dadaş məscidi dini icması “Parlaq imzalar” nəşriyyatının yeni aksiyasına qoşulub.
İcmadan AZƏRTAC-a bildiriblər ki, “Sən də bir uşağın Kitab dostu ol!” və “Bir bağlama kitab al, bir qucaq sevgi göndər!” şüarları ilə keçirilən aksiyada müxtəlif şirkət və qurumların yardımı ilə 500 aztəminatlı ailənin uşaqlarına kitab dəsti hədiyyə etmək planlaşdırılır. Buraya dünya uşaq ədəbiyyatı klassikasının inciləri və gənc uşaq yazarlarımızın kitabları daxildir. Məşədi Dadaş dini icması 50 balaca oxucunu sevindirməyi öz öhdəsinə götürüb. Məscidin imamı Hacı Şahin Həsənli bildirib ki, böyüyən nəslin mənəvi və intellektual tərbiyəsi hər bir xalq üçün ən strateji və əhəmiyyətli məsələdir: “Hər birimiz uşaqların maarfilənməsi, mütaliəni sevməsi üçün əlimizdən gələni etməliyik. Gənc nəslin bu ruhda böyüməsi onların mənəvi yetkinliyinin də zəmanətidir. Çünki, elm və mərifət olmayan bir yerdə, din də təhriflərə uğrayır. Ona görə elə kitablara üstünlük verildi ki, uşaqların dünyagörüşünü artırsın, dünya ədəbiyyatı ilə təmasını təmin etsin. Ümid edirəm ki, bu aksiyalar davamlı olacaq”.
Qeyd edək ki, hədiyyə paketinə A.Sent-Ekzüperinin “Balaca şahzadə”, R. Baxın “Qağayı Conatan Livinqston”, S. Kozlovun “Kirpi dumanda”, E.Hüseynoğlunun “Savannaya qayıdış”, A.Sükutun “Tuflinlər” və S.Zülfiqarovanın “Meyvələrin şöhrəti” kitabları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]